Tiflisdə 10 nümayişçi həbs edildi

0
31

Tiflis Şəhər Məhkəməsi noyabrın 18-də keçirilən aksiya iştirakçılarının 11 nəfərini hüquq-mühafizə orqanlarının işçilərinə itaətsizlik və xuliqanlıqda günahkar bilib.

Trend-in məlumatına görə, həbs olunanlardan 10 nəfəri 5-13 gün müddətinə inzibati həbs cəzasına məhkum edilib, 1 nəfər isə min lari cəza ödəməli olacaq.

Digər 25 məhbusun işlərinə baxılması noyabrın 21-nə təxirə salınıb.

Qeyd edək ki, məhkəmə qərarı iclasda iştirak edənlərin şıddətli etirazları ilə qarşılanıb.

ARAZİNFO.COM