Teymur Rəcəbov Qran-pri turnirində liderlər arasındadır

0
594

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov İspaniyanın Palma-de-Malyorka şəhərində kişilər arasında keçirilən şahmat üzrə FİDE Qran-pri seriyasının sonuncu mərhələsinin 3-cü turundan sonra liderlər qrupunda yer alıb.

Arazinfo.com “Report”-a istinadən xəbər verir ki, T.Rəcəbov şənbə günü baş tutan növbəti qarşılaşmada Niderlanddan olan rəqibi Aniş Qiri ilə heç-heçə edib – 0,5:0,5.

T.Rəcəbov bundan əvvəlki iki oyununda rusiyalı Aleksandr Ryazantsevlə heç-heçə etdiyi halda, ispan Fransisko Valyexo üzərində qələbə qazana bilib.

Üç turdan sonra Teymur Rəcəbov, Pyotr Svidler (İsrail), Vaşye-Laqrav (Fransa), Aniş Qiri (Niderland) və Levon Aronyan (Ermənistan) hərəyə 2 xal toplayaraq liderlər qrupunda qərarlaşıblar.

BIR CAVAB BURAXIN