Terrorçular İranın verdiyi “Safir”lərdən Türkiyəyə qarşı istifadə edirlər-VİDEO

0
606

Afrində Türkiyəyə məxsus pilotsuz uçuş aparatı vasitəsilə çəkilən görüntülərdə bir sıra məqamlar üzə çıxıb.

Cinderes ərazisində çəkilmiş görüntülərdə mülki geyimdə olan terrorçulardan birinin qadın, digər ikisinin kişi olduğu müəyyənləşib.

Türkiyə istiqamətində zərbə endirdikdən sonra qaçan terrorçular PUA-nın onları izləməsini məhdudlaşdırmaq üçün şin yandırıblar.

“Sabah” qəzeti isə Türkiyəni vuran terrorçuların yaxından çəkilmiş fotolarını yayıb. Alghad TV-nin müxbiri olduğu bildirilən Naz Seyidin sözügedən terrorçuların fotolarını da yaydığı aydınlaşıb.

Qeyd edək ki, Afrin şəhərində Türkiyəyə məxsus pilotsuz uçuş apartları tərəfindən (PUA) lentə alınan görüntülərdə YPG-çilərin İran istehsalı olan “Safir” hərbi texnikasından istifadə etdiyi məlum olub.

Artilleriya ilə təchiz edilmiş “Safir”lər vasitəsilə terrorçuların Türkiyəni hədəf aldığı, daha sonra isə qaçmağa çalışdığı bildirilmişdi. Türkiyə ordusu isə qaçan terrorçuları məhv etməyib, onlar PUA-larla izlənilib və qərargahlarının yeri dəqiqləşdirilib. Bundan sonra Türkiyə Silahlı Qüvvələrinin dəqiq atəşi ilə terrorçuların qərargahı darmadağın edilib.

Xatırladaq ki, YPG/PKK terrorçularının türkiyəni raket atəşinə tutması nəticəsində “Zeytun budağı” əməliyyatının başladığı gündən indiyə qədər Hatay və Kilisdə 2-si suriyalı olmaqla, 7 milki vətəndaş ölüb, 113 nəfər yaralanıb.axar.az

 

BIR CAVAB BURAXIN