Tereza Meyin təyyarəsi partladılacaqdı – İnanılmaz səhv

0
587


 

İngiltərənin Baş naziri Tereza Meyin ötən günlərdə baş tutan Türkiyəyə rəsmi səfəri zamanı təhlükəsizlik xətası baş verdiyi məlum olub.

Axar.az xəbər verir ki, baş nazirin Ankaraya gəlişi əsnasında İŞİD terrorçuları Meyin təyyarəsini rahatlıqla havada partlada bilərdilər.

Belə ki, ABŞ-ın paytaxtı Vaşinqtondan Türkiyəyə rəsmi səfər edən Tereza Meyin təyyarəsinin hündürlüyü, istiqaməti və sürətilə birlikdə tam olaraq hansı istiqamətdə uçduğu “Flightradar24” (Flaytradar24) internet saytında canlı yayımlanıb.

Normal halda hərbi və diplomatik təyyarələrin uçuş marşrutunu “Flightradar24” və oxşar saytlar tərəfindən izlənilməsi mümkün deyil.

Mütəxəssislər təyyarədəki peyk ötürücüsünün açıq qoyulmasını ciddi təhlükəsizlik xətası olduğunu bildiriblər.

Beynəlxalq Terrorla Mübarizə Təhlükəsizlik Ofisinin keçmiş şefi Kris Filips sözügedən məlumatların terrorçular üçün əvəzolunmaz fürsət olduğunu deyib

 

BIR CAVAB BURAXIN