Telefon idxalı ilə bağlı YENİ QADAĞA

0
537

Bundan sonra Azərbaycanın hər bir vətəndaşı ölkəyə şəxsi istifadəsi üçün iki il ərzində yalnız bir mobil telefon gətirə biləcək. Bu barədə ölkənin telekommunikasiya sektorundakı mənbə bildirib.

Telefon şirkətləri müflis olmaq həddindədir Mənbə bildirib ki, yaxın vaxtlarda qüvvəyə minəcək yeni qayda ölkəyə «boz» (yəni qeydiyyatsız) telefonların gətirilməsi ilə mübarizəni daha effektiv aparmağa imkan verəcək. Bu isə öz növbəsində dövlət büdcəsinin gəlirlərini artıracaq.

Qeyd edək ki, hazırda Azərbaycanda mobil telefonların «boz» bazarının həcmi ümumi bazarın 80%-i qədərdir. Mənbə bildirib ki, yeni qaydaların tətbiqi rəsmi distribütorların fəaliyyətinə mənfi təsir göstərir, nəticədə bizi şirkətlər müflisləşmə həddindədirlər.

İki ildən bir qeydiyyat

Qeyd edək ki, gözlənilən yeni qaydalara əsasən, xaricdən alınan telefonların qiediyyatı vətəndaşın şəxsiyyət vəsiqəsi və ya xarici pasportundakı identifikasiya nömrəsi əsasında həyata keçiriləcək. Qeydiyyat zamanı vətəndaşa bildiriləcək ki, o yeni telefonun qeydiyyatı üçün yalnız iki ildən sonra müraciət edə bilər.

Ayda 30 min telefon əldən satılır

Mənbə bildirib ki, indiyədək «boz» telefonlara görə, büdcə hər il 50 milyon dollar vergi itirir. Belə ki, hər ay mobil qurbğuların İMEİ-kod sistemində 50 min yeni telefon qeydiyyatdan keçirilir. Halbuki, rəsmi telefon idxalı 20 mindən artıq deyil. Mənbə bildirib ki, mobil telefonların əksəriyyəti bazara qaçaqmalçılıq yolu ilə gətirilir, bir hissəsi isə ölkə daxilində şəxsi istifadə üçün alınır.  “Trend”

BIR CAVAB BURAXIN