Tatarıstanda silsilə terror aktları hazırlayan şəxsləri həbs ediblər

0
461

Federal Təhlükəsizlik Xidməti (FTX) Tatarstanda terror hazırlayan İslam dövləti üzvlərini həbs ediblər.

Bu barədə FTX İctimaiyyətlə əlaqələr xidmətinin yaydığı məlumatda deyilir: “Naberjnı Çelnı şəhərində xüsisi yerdən silah götrürərkən terrorçu qrupun üzvlərindən biri həbs edilib. Eyni zamanda FTX tərəfindən həyata keçirilən digər əməliyyat zamanı terorçu qrupun daha 6 üzvü və onların təsiri altına düşən 11 nəfər həbs edilib. Həbs edilənlərin evlərində axtarışlar zamanı çoxlu sayda silah-sursat, o cümlədən ekstremist ədəbiyyat və İslam dövləti atributları ələ keçirilib”.

Məlumatda qeyd edilir ki, terrroçu qrupun üzvləri Tatarıstanda  bəzi teraktlar həyata keçirmək və bundan sonra Suriyadakı həmkarlarına qoşulmağı planlaşdırmışdılar.

 

BIR CAVAB BURAXIN