Tarixin ən dağıdıcı zəlzələləri: Təbrizdə, Şamaxıda…

0
626

Ötən gün İraq və İranda dağıdıcı zəlzələ baş verib. İraq (Süleymaniyyə) və İranda (Kirmanşah) 7,2 bal gücündə baş verən zəlzələ Ərak, Həmədan, o cümlədən Şərqi və Qərbi Azərbaycanda da hiss edilib. Təbrizdə zəlzələ özünü 4,9 bal, Azərbaycan Respublikasının cənub rayonları olan Lənkəran və Astarada, o cümlədən Naxçıvanda 4 bal gücündə hiss etdirib. Son açıqlamalara görə, İranda zəlzələ nəticəsində ölənlərin sayı 372 nəfərə çatıb, 6 mindən çox yaralı var.

Axar TV mövzunun aktuallığını nəzərə alaraq, insanlıq tarixində indiyə qədər baş verən ən dəhşətli zəlzələlərin siyahısını və görüntülərini hazırlayıb.

1. Damqan, İran – 856-cı ilin 22 dekabrında baş verib. Rixter şkalasıyla 8 bal gücündə olan zəlzələ 200 min nəfərin ölümünə səbəb olub.

2. Çixli, Çin – 1290-cı il sentyabrın 27-də 6,8 bal gücündə baş verən zəlzələ 100 mindən çox insanın həyatını itirməsinə səbəb olub.

3. Şamaxı, Azərbaycan – 1667-ci ilin noyabrında baş verib. 6,9 ballıq zəlzələ nəticəsində 80 min insan ölüb.

4. Siciliya, İtaliya – 1693-cü il yanvarın 11-də baş verib. 7,4 ballıq zəlzələ nəticəsində 70 şəhər məhv olub, 60 min insan ölüb.

5. Təbriz, İran – 1721-ci il aprelin 26-da baş verən zəlzələdə qurbanların sayı 250 mindən çox olub.

6. Lissabon, Portuqaliya – 1755-ci il noyabrın 1-də baş verən 9 ballıq zəlzələdə 100 mindən çox insan həyatını itirib.

7. Xaynan, Çin – 1920-ci il dekabrın 16-da baş verən 8,5 ballıq zəlzələdə 200 min insan dünyasını dəyişib.

8. Aşqabad, Türkmənistan – 1948-ci il oktyabrın 6-da baş verən 7,3 ballıq zəlzələ nəticəsində 110 mindən çox insan ölüb.

9. Yunqay, Peru – 1970-ci il mayın 31-də baş verən 8 ballıq zəlzələdə 74 min 194 nəfər həyatını itirib, 25 min 600 nəfər itkin düşüb.

10. Rudbar, İran – 1990-cı il iyunun 21-də baş vermiş zəlzələdə 40 mindən çox insan ölüb, 60 min nəfər yaralanıb.

11. İzmit, Türkiyə – 1999-cı il avqustun 17-də baş verən 7,9 ballıq zəlzələdə 17 min 127 insan ölüb.

BIR CAVAB BURAXIN