Tarixçi alim Dilavər Əzimlidən filoloq Nizami Cəfərova tutarlı cavab

0
244
Nizami Cəfərovu tələbəlik illərindən tanıyıram: Türkoloq alim, vətənpərvər insan. Beynimdə də bu cür yazılmışdı. Amma onun “Azərbaycan xalqının tarixi və “tərcümeyi-halı” adlı məqaləsinin birinci hissəsini oxuyandan sonra sanki dəyişdiyinin şahidi oldum. Bəs bu dəyişiklik nədən baş verdi? Bəlkə tarixi bilgisi dərin deyil, ona görə… Bu gün bizdə hamı tarixçilik edir. Hüqüqşünas da tarixdən danışır, filoloq da özünü tarixçi kimi aparır. Şəqrşünas isə özünü daha bilgili tarixçi sayır. Mühəndis tarix elmləri doktoru olur. Dünənki riyaziyyatçı, pediatr da tarix elmləri doktoru olur. Dostlar hamı dindən danışır. Amma ruhani ola bilməzlər. Ruhani din elmlərini bilənə deyirlər. İnsan seyid ola bilər, amma din üzrə mütəxəssis ola bilməz. Bunun üçün məktəb keçməlisən. Tarix də elədir. Mütləq baza təhsilin olmalıdır. Azərbaycan tarixi Türk dünyasının mərkəzini, bel sütununu təşkil edir. Dünənə qədər Sovetlər imperiyası zamanı oxudquqlarımızla Azərbaycan tarixi haqqında söz söyləmək mümkün deyil. Hiss etdim ki, Nizami Cəfərovda da bu tendensiya çatışmır. Nizami Cəfərov “Altay” nəzriyyəsinin müdafiəçisi kimi çıxlış edərək, əslində bizi, bu ərazilərə gəlmə kimi təqdim edir. Elə farslara da, ermənilər də bu lazımdır. Onsuz da onlar deyirlər ki, sizin vətəniz Altaylardır və çıxın gedin oralara!!! Nizami müəllim, siz Cəlilabadda aşkar olunan neolit abidələri ilə tanışsınızmı? Mən həmin abidələrdə Azərbaycanın məşhur arxeoloqu, Dünya arxeoloqlarının hesablaşdığı Fərman Mahmudovla işləmişəm. Orada aşkar olunan məzarlarada olan skeletlərin antropogiyası ilə tanış olmuşam. Həmin skeletlər hamısı (dolixikefal) doliksifallardır. Bunlar eradan əvvəl V minillik və IV minillyin əvvəllərinə aiddir. Həmin abidələrdə braxikefallar izlənmir. İzlənən Türk baş sümüyünə uyğun skeletlərdir. Bu sizə sübut etmirmi ki, vaxtilə Türklər buradan Altayalara və Sibirə doğru yayılmış və buzlaşma dövründə yenidən geri qayıtmışlar. Buralarda olan toponimləri onlar birbaşa o ərazilərə aparmışlar. Bu gün Avropa genetikləri, o cümlədən İtaliya genertikləri yazırlar ki, Türklər Xəzər sahillərindən çıxmışlar. Siz nə əcəb, “Urmu” nəzəriyyəsindən söhbət açmırsınız? Ola bilər ki, qəbul etməyəsiniz, amma bu reallıqdır. Yazırsınz ki, “hər bir xalq kimi Azərbaycan xalqının təşəkkül-formalaşma tarixi də yüzillər boyu davam etmişdir. Eramızın ilk əsrlərindən başlayan bu proses orta əsrlərin sonu, yeni dövrün əvvəllərində, yəni XVI-XVII əsrlərdə başa çatmışdır”. Əslində, Azərbaycan xalqı nə deyimdir? Bu ifadə hansı mənbədə əksini tapmışdır? Bütün ərəb və fars mənbələrində burada ancaq türklərin adı çəkilir. Sadəcə, XX əsrin ortalarında Pəhləvi rejimi ”azəri” adını gündəmə gətirdi. Nizami müəllim, bizim faciəmiz bilirsizmi nədədir? Biz Azərbaycan coğrafiyasının tarixini öyrənmirik. Bunu bilmədiyimizə görə də insanlarımızda bütövlük şüuru yarada bilmirik. Sovetlər dönəmində bizdə Təbiz, Ərdəbil, Kərkük, Dərbənd, Tiflis, İrəvan şəhərlərinin tarixi keçilibmi? Biz Bütöv Azərbaycanın dörddə biri olan Şimalı Azərbaycanın tarixini Azərbaycan tarixi kimi təqdim edirdik. Amma Azərbayacın coğrafiyası Kərkükdən, Dərbəndə, İrəvana, Mosula, Tiflisə qədər uzanırdı. Hərbi xidmətə gedəndə Dərbəndin bizim şəhər olduğunu eşitdim. Nizami müəllim, bu coğrafiyada türklər gəlmə deyil, ta qədimlərdən buranın ilkin sakinləri olmuşlar. Sizi yəqin ki, İsmayıl Miziyevin əsərləri ilə tanışsınız. Qafqazın ən hündür zirvlərinin adı Türk adlarıdır. Siz dilçisiniz… Yəqin ki, bilərsiniz ki, bu necə olur? Biz Türklər, aşağıda yaşayan xalqların üzərindən tullanıb bura düşdük? Axı insanlar ilk olaraq dağ zirvələrində yaşayıblar, sonra isə arana doğru eniblər. Bu da əkinçiliklə bağlı olmuşdur. “Azərbaycan” toponimi yunan mənşəli ola bilməz. Bunu Əhməd Zəki Vəlidi Toğan da yazır. Yazır ki, bunun Atropata dəxli yoxdur. Azərbaycan Ulular yurdu, Tanrı yurdu deməkdir. Siz isə iddia edirsiniz ki, yunan mənşəlidir. Bəs yunanlara qədər nə adlandırılmışdır? Sizin yadınıza “Kitab ət-Tican” əsrində I Müaviyə ilə Übeyd bin Şəriyyənin dialoqunu salmaq istəyirəm. Müaviyə dedi: “Sən Allah, Azərbaycan nə deməkdir”. (Übeyd) dedi: “O Türk torpaqlarındandır. Onlar orada məskunlaşmışlar”. Bu ifadədə nə əcəb Azərbaycan xalqı ifadəsi yoxdur, həm də niyə başqalarının adı çəkilmir? Bu onu göstərmir ki, biz buranın daimi sakinləriyik. Müaviyə daha sonra dedi: “Azərbaycan və türk nə deməkdir?”. “Übeyd dedi: “Ya əmirəlmöminin, hər ikisi onların ölkəsidir”. “Kitab ət-Tican” əsərinin müəllifi Şəmr Yərəiş adlı Himyər hökmdarının Ərməniyyəyə gəlib çıxdığını və bu zaman Fars hökmdarı I Qubadın Azərbaycanda olan türklərlə Ərməniyəyə yürüş etmək əmri verdiyini yazır. Burada Azərbaycan xalqı ifadəsi varmı? Bu ifadə SSRİ dövründə uydurulmuş və Türk dünyasını parçalamağa yönəlmişdir. Onad sual çıxır ki, biz Türk ola-ola necə formalaşmlşıq? İbn Xəldun Ət-Təbəriyə və digər müəlliflərə istinad edərək yazır ki, qədim fars şahı Keyxosrov türklərin hökmdarı Əfrasiyabı və türkləri təqib edərək Azərbaycanda onların üzərində qələbə qazandı. Nə əcəb Azərbaycan xalqı ifadəsi yazmırlar? Yazılı mənbələrdən əldə olunan məlumatlara əsasən, Azərbaycan türklərinin köklərini Azərbaycanda axtarmaq lazımdır. Azərbaycan türklərinin əcdadları bu bölgənin qədim sakinləri olmuş və digər türkdilli tayfaların gəlişi ilə tarix boyu onların dil və mədəniyyəti bir-birinə qarışmış, inkişaf etmiş və nəhayət, indiki formaya gəlib çıxmışdır. Azərbaycan Səfəvilər dövlətini bütün Avropa tarixçiləri və Rusiya tarixçiləri milli dövlət kimi verirlər. Siz isə yazırsınız ki, bizim formalaşma tariximiz XVII əsrdə başa çatır. Səfəvi ailəsi əsasən Türk tayfalarından təşkil olunmuşdu. “Qızılbaşlıq” bu tayfaları bir araya gətirmiş və milli dövlət qurmuşdular. O zaman hansı Azərbaycan xalqından söhbət gedirdi? Azərbaycan coğrafi ərazidir. Bu adda nə xalq, nə də millət vardır. Azərbaycan coğrafiyaslnda çoxsaylı türklər yaşamışlar. Biz bütün etnik qruplara böyük hörmətlə yanaşırıq. Amma Azərbaycan xalqı ifadəsi, Azərbaycan milləti bizi yalnız Türk dünyasından ayırmağa xidmət edir. Bu, Sovetlər dönəmində özbək, qırğız, qazax, türkmən milləti ifadəsi ortaya çıxması kimi bir şeydi. Azərbaycan Türkləri Turan dünyasının ilk yarandığı ocaqlardan biri olmuşdur. Bunun geniş izaha ehtiyacı yoxdur.

Sizin bu yazınızı isə yalnız bu dünyaya qarşı yazı kimi qəbul edirik!!!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

8 − three =