Tanınmış müğənnilərimizin erməni sevgisi

0
616
Erməni ilə duet oxuyan azərbaycanlı qız - düşmən “sevdalı” məşhurlarımız...
Bu günlərdə “İnstagram”da azərbaycanlı və erməni qızın birikdə “Mi gna” (Getmə) mahnısını ifa etməsinə dair video yayılıb. Bu barədə haqqın.az saytı məlumat yayıb. Məlumata görə, videoda mahnının Rusiyada yaşayan Kima Xudoyan azərbaycanlı rəfiqəsi Aytənlə birgə ifa edir.
“Yeni Müsavat” məsələ ilə bağlı kiçik araşdırma aparıb. Məlum olub ki, Kima Xudoyan Qriqorevna vizajistdir. O, məşhur erməni mahnısını ayt.a777 profil adı olan azərbaycanlı rəfiqəsi ilə birgə ifa edib. Qeyd edilən profildəki azərbaycanlı qızın kimliyini araşdırmaq isə mümkün olmayıb.
Erməni qruplarından birinin həmin videonu “İnstagram” səhifəsində paylaşması sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Şərhlərdə həm erməni, həm də azərbaycanlı izləyicilər öz fikirlərini qeyd ediblər.
Qeyd edək ki, Rusiyada və digər xarici ölkələrdə ara-sıra ermənilərlə dost edən azərbaycanlılara rast gəlirik. Bəzən onların arasından tanınmış sənətçilər, məşhurlar da tapılır. Buna misal olaraq bu günlərdə xalq artisti Ramiz Novruzun vizajist qızı Şəfəq Novruzovanın erməni həmkarı ilə iş birliyi yaratması məlum olmuşdu.
Amma təkcə stilistmi? Məlum olduğu kimi, Xalq artistlərimizin də arasında ermənipərəstlər, erməni sevdası ilə yaşayanlar var. Məsələn, bir müddət bundan əvvəl, Xalq artisti Brilliant Dadaşovanın erməni qarmon ifaçısı Varujan Şahbazyanla isti münasibətləri ortaya çıxmışdı. Belə ki, sən demə, Xalq artisti uzun müddət sosial şəbəkədə erməni ifaçısı ilə dostluq edərək, onun paylaşımlarına şərhlər bildirib. Son olaraq erməninin ifasını bəyənib, onun rəy bölümünə “super” yazması isə azərbaycanlı izləyicilərin nəzərindən qaçmamışdı.
Erməni ifaçısı xalq artistimizin rəyinə cavab olaraq “Çox sağ ol, əzizim” yazmışdı. Lakin sonradan Brilliant Dadaşova mətbuatda və sosial şəbəkələrdə ciddi tənqidlərlə üzləşdiyindən rəyini silərək, erməni ifaçısını dostluğundan çıxartmışdı.
Erməni ilə duet oxuyan azərbaycanlı qız - düşmən “sevdalı” məşhurlarımız...
Xalq artisti Nazpəri Dostəliyeva isə sosial şəbəkədə təsadüfdən və yaxud bilərəkdən Azərbaycan və Ermənistan bayrağını paylaşaraq yazmışdı: “Biz artıq işimizin başındayıq. Yaxında Nailə Mirməmmədlinin əsəri gəlir. Hazır olun! Heç kəsə pislik arzulamıram. Zamanında ikili oyun aparanların aqibətini görürəm. Az öncə bəlli olduğu kimi… Allah yardımçınız olsun”.
Erməni ilə duet oxuyan azərbaycanlı qız - düşmən “sevdalı” məşhurlarımız...

Müğənninin prodüseri Mikayıl Hüseynov olaya bu cür aydınlıq gətirmişdi: “O paylaşımın Nazpəri xanımla heç bir əlaqəsi yoxdur. Mənim əlim dəyib, oraya erməni bayrağı səhvən düşüb. Nazpəri xanım, ümumiyyətlə, öz ”İnstagram” səhifəsini işlətmir, o səhifəni mən idarə edirəm”. Bir müddət sonra adıçəkilən prodüserlə müğənni yollarını ayırdı.
Erməni ilə duet oxuyan azərbaycanlı qız - düşmən “sevdalı” məşhurlarımız...
Digər erməni sevdalı tanınmışlardan biri də əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevadır. Bir müddət əvvəl gənc ifaçının “Slavyan bazarı-2011″ mahnı müsabiqəsində erməni müğənni Narek Makaryanla dostlaşdığı məlum olmuşdu. Onun Nareklə yan-yana mehribancasına şəkil çəkdirməsi səs-küyə səbəb olmuşdu. Sonradan aydın olmuşdu ki, Aynişan uzun müddət erməni ilə sosial şəbəkədə də dostluq edibmiş. Sonradan Nareki dostluğundan silməyə məcbur olmuşdu.
Bəs ermənilərlə dost olmaq, iş birliyi yaratmaq, onlarla birgə mahnı ifa edib, sənətçilərinə pərəstiş etmək nə dərəcədə doğrudur?
Əməkdar artist, dünya şöhrətli nağara ifaçısı Natiq Şirinov mövzuya bu cür şərh bildirdi:
“Sənətim elədir ki, beynəlxalq festivallarda həmişə erməniləri görmüşəm. Dünyada azərbaycanlılar olduğu kimi, ermənilər də var. Əgər onların üstünə getmək imkanı olsa, birinci əvvəldə elə mən əlimdə nağara ilə gedərəm.
Erməni ilə duet oxuyan azərbaycanlı qız - düşmən “sevdalı” məşhurlarımız...
Qaldı ki, azərbaycanlıların ermənilərlə dostluq etməsinə, mən buna qətiyyən inanmıram, bu, qeyri-mümkündür. Ola bilər ki, sənətçi hardasa çıxış edəndə orda erməni də ola bilər. Amma bizimkilərin onlarla dostluq etməsinə inanmıram. Bildiyiniz kimi, dünyanın ermənilərlə problemi yoxdur, problem bizimdir. Bir ermənini görəndə içimdən gəlir ki, onu vurub öldürüm, qanını içim. Çünki onlar mənim ana-bacılarımı, balalarımı şəhid edib. Mənim öz nəslimdən insanları şəhid edib. Bilirsiz ki, əslən mənim bir tərəfim Qərbi Azərbaycan, digər tərəfim Kəlbəcərdəndir. Bizim nəslimizdə nə qədər insanlar, hətta körpələr şəhid olub. Mənim qədər onlara hirsi olan ola bilməz. Beynəlxalq festivallarda və digər bu kimi yerlərdə isə ermənilərə təzyiq göstərməyim mümkün deyil. Mən təzyiqi öz sənətimlə, ifamla göstərir, nağaranın Azərbaycana məxsus olduğunu nümayiş etdirirəm”.
Erməni ilə duet oxuyan azərbaycanlı qız - düşmən “sevdalı” məşhurlarımız...
Müğənni Afət Fərmanqızı da ermənilərlə dostluğa tənqidi yanaşıb: “Bəzən ölkədən kənar dəvətlər gələndə hansısa məclisdə ermənilərlə rastlaşırıq. Və yaxud başıma gəlib ki, sosial şəbəkə üzərindən məni Rusiyaya məclisə dəvət ediblər. Amma sonra araşdıranda məlum olub ki, bizi dəvət edən şəxs əslində bir zamanlar Azərbaycandan köçmüş ermənidir, hazırda Rusiyada yaşayır. Və təbii ki, bu cür dəvətlərdən imtina edirik. Bildirdik ki, nə qədər pul versələr belə, biz razılaşmayacağıq, çünki onlar bizim əbədi, əzəli düşmənlərimizdir. Kim də onlarla dostluğa bəraət qazandırırsa, onun qanı düz deyil. Necə yəni, bəs bizim orda başı kəsilən uşaqlarımız, Xocalı hadisəsi, bütün bunlar yaddan çıxdı?!
Bu günlərdə sosial şəbəkədə bir həkim erməni həmkarı ilə şəkil çəkdirib paylaşmışdı. Doğrudur, xaricdə işlədiyin klinikada erməni də ola bilər. Amma bilərəkdən erməni ilə şəkil çəkdirib paylaşmaq, bu, o deməkdir ki, sən də ermənisən.
Rusiyada və digər yerlərdə çox rastlaşmışam ki, bizim azərbaycanlılar ermənilər ilə dostluq edir. Mən tam olaraq bunun əleyhinəyəm. Bu, bizim şəhidlərimizin ruhuna hörmətsizlikdir. Əgər o insanların bir əzizi Qarabağda ölsəydi, onlar şəkil düşmənlə dostluq etməz və yaxud foto çəkdirib paylaşmazdı.
Şəxsən mənim qohumlarım arasında şəhid olmayıb, qarabağlı da deyiləm, əslən tovuzluyam. Amma özümü şəhid ailələrinin yerinə qoya bilirəm. Bir vətəndaş kimi hər birimiz qarabağlıyıq”.

BIR CAVAB BURAXIN