Tanınmış jurnalist Nicat Məlikov dünyasını dəyişib

0
1059
Nicat Məlikov 39 yaşında qəfil dünyasını dəyişdi

Tanınmış jurnalist Nicat Məlikov 39 yaşında dünyasını dəyişib.

APA-nın xəbərinə  görə, yaxınları bildirib ki, N.Məlikov dükana gedərkən qəfil özünü pis hiss edib və yerindəcə keçinib. Onun ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.

Qeyd edək ki, N.Məlikov  jurnalist fəaliyyətinə “Zerkalo” qəzetində müxbir kimi başlayıb. Sonradan həmin nəşrin siyasət şöbəsinin müdiri vəzifəsində çalışıb.

N.Məlikov “APA Holdinq”ə daxil olan “Vesti.Az” saytında müxbir kimi çalışıb.

APA Holdinq”in kollektivi həmkarımız N.Məlikovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!

Allah rəhmət eləsin!

BIR CAVAB BURAXIN