Taksi işlədən məşhur aktyor danışdı

0
532

Səhərdən telefonum susmur.

 

Bu sözləri taksi sürücüsü işlədiyi deyilən əməkdar artist Ayşad Məmmədov Axar.az-a danışarkən deyib. O, xəbərin yalan olduğunu bildirib:

 

“Taksi sürücüsü işləmirəm. Tamamilə yalandır. Başqa vaxtı zəng edib heç kəs soruşmur ki, ölmüşəm, qalmışam. İndi telefonum susmur. Bu xəbəri kim yazıb, bilmirəm, amma ağ yalandır”.

 

Xatırladaq ki, geniş tamaşaçı auditoriyası tərəfindən “Bəxt üzüyü” filmindəki Hüseyn obrazı ilə sevilən Azdramın aktyoru A.Məmmədovun taksi xidməti göstərdiyi barədə məlumat yayılıb.

BIR CAVAB BURAXIN