Təqaüdçü Da Vinçinin 16 milyonluq əsərini tapdı

0
533


 

Leonardo Da Vinçinin 16 milyon avro dəyərində olan rəsm əsəri təsadüfən Parisdə aşkar edilib.

Axar.az xəbər verir ki, adının açıqlanmasını istəməyən təqaüdçü fransız doktor atasından yadigar qalan tabloları Tajan auksion evinə təqdim edib.

Auksionun əməkdaşı Taddi Prat təqdim olunan 15 rəsm əsəri arasında müqəddəs Sebastyanın tablosunu tanıyıb. Ekspertlər müəyyən edib ki, bu iş əfsanəvi rəssam Leonardo Da Vinçiyə məxsusdur və 1482–1485-ci illər arasında çəkilib.

 

BIR CAVAB BURAXIN