Təhsil nazirinin Qurana əl basıb and içməsi hamını şoka saldı

0
577
ABŞ-ın Virciniya ştatında təhsil  naziri vəzifə başına gəlmək üçün Qurana and içib.
Bu haqda “Ritşmod Tayms” nəşri xəbər yayıb.
Sosial şəbəkələrdə müsəlman Atıf Karninin yeni nazir kimi vəzifəyə gəldiyində Qurana əl basıb  and içməsinin video-görüntüləri yayılıb. Bu, Amerika nazrinin müsəlmanların Müqəddəs Kitabına and içdiyi ilk haldır.
Nəşrin yazdığına görə, müsəlman A.Karni demokratdır. O, dəniz piyada qoşunlarında  xidmət edib və  son illər riyaziyyat müəllimi işləyib.
Xatırladaq ki, 2006-cı ildə Minnesota ştatından Kit Ellison adlı müsəlman Nümayəndələr Palatasına seçilərkən Amerika tarixində ilk  müsəlman konqresmen kimi ABŞ-ın qurucularından biri və keçmiş prezident Tomas Ceffersona məxsus Qurana and içmişdi. Moderator.az

BIR CAVAB BURAXIN