Təbii fəlakətlər bəşəriyyətə faciələr yaşadacaq

0
595

 

Yer üzündə anormal hava şəraitinin bir-birini əvəz etməsi və qasırğaların aramsız hücumları tədqiqatçıları indidən həyacan təbili çalmağa məcbur edir. Amerikalı və Avropalı iqlimşünas alimlər ABŞ, Meksika, Kuba, və digər okean sahilində yerləşən ölkələrin daha çox qasırğaların zərbələrinə məruz qalacağı və bunun nəticəsində əhalinin yaşadıqları əraziləri tərk edərək Kanada və Skandinaviyaya köç edəcəyini proqnozlaşdırıblar. Belə bir fikir vurğulanır ki, ABŞ-ın indiki ərazisinin 80-70 faizi qasırğaların hücumları nəticəsində insan yaşaması mümkün olmayan bataqlıq ərazilərə çevriləcək. Məsələ ilə bağlı iqlim dəyişikliklərinin öyrənilməsi üzrə “İnternational Alert” adlı beynəlxalq tədqiqat mərkəzi “Klimat münaqişələri” adlı hesabatında deyilir ki, qasırğaların tuğyan etməsi və anormal hava şəraitinin hökm sürməsi qlobal iqlim dəyişiklikləri ilə bağlıdır. Yer kürəsində havaların istiləşməsi buzlaqların əriməsinə və bunun nəticəsində də okeanın səviyəsinin qalxmasına gətirib çıxaracaq. Okeansahili dövlətlərin ərazilərinin böyük hissəsi su altında qalacaq. Eyni zamanda iqlim dəyişiklikləri zələzlə və təbi fəlakətlərin atması ilə müşayiət olunacaq. Güzlü zəlzələlər və qasırğalar Yerü kürəsinin xarabazara çevirəcək. Bu bəlalardan xilas olmaq üçün isə milyonlarla insan min illər boyu yaşadıqları əraziləri tərk edərək daha təhlükəsiz yerlərə köçmək məcburiyyəti qarşısında qalacaq. Belə bir proses isə dövlətlər arasında yeni qanlı müharibələrə səbəb olacaq. Belə ki, nisbətən təhlükəsiz ərazilərdəki əhali köçkünləri öz ölkələrinə buraxmaq istəməyəcəklər. Nəticədə bəşəriyyət müharibə alovlarına qərq olacaq. “İnternational Alert” tərəfindən hazırlanan bu hesabatda (“Klimat münaqişələri”) deyilir ki, iqlim dəyişiklikləri 2,7 milyard nəfərin həyatına son qoya bilər. Hesabatda 46 dövlətin iqlim dəyişiklikləri ilə bağlı baş verəcək münaqişələrə cəlb olunacağı bildirilib. 56 dövlət və ya 1,2 milyard adam isə qlobal iqlim dəyişikliyi ilə əlaqədar hər an münaqişələrə cəlb oluna bilər. Böyük Britaniyadan olan tədqiqatçı iqlimşünaslar isə bu nəticəyə gəliblər ki, təbii fəlakətlər yaxın illərdə 100-dən artıq ölkədə siyasi və iqtisadi böhranlara, milyonlarla insanın miqrasiyasına yol aça bilər. Britaniyalı iqlimşünas tədqiqatçılar qlobal iqlim dəyişikliyinin ən ağır zərbələrinin Afrika, Asiya, Cənubi Amerika, həmçinin Avropanın bəzi ərazilərində hiss ediləcəyini proqnozlaşdırıblar. Tanınmiş tədqiqatçı alim, Qlobal İqlim dəyişikliləri üzrə beynəlxalq təşkilatın baş katibi Den Smit “Obsever” qəzetinə verdiyi müsahibəsində Avropada ən çox iqlim dəyişikliyindən Hollandiya və Fransanın zərər görəcəyini deyib. Smit Avropada iqlim dəyişiklikləri nəticəsində Balkan ölkələrində xaosun yaranacağı qənaətinə gəldiyini bildirib. Smit Balkan ölkələrində iqlim dəyişikliyinin əhalinin miqrasiyasına səbəb olacağını və bunun regional münaqişələri alovlandıracağını istisna etmədiyini vurğulayıb. Tədqiqatçı qlobal iqlim dəyişikliyinin Rusiyadan da yan keçməyəcəyini bildirib. Onun sözlərinə görə, Rusiyada iqlim dəyişikliyi əkin sahələrinin azalması və quraqlıqla müşayiət olunacaq. Bu da Rusiyanın bəzi regionlarında əhalinin ayağa qalxaraq hökumətə qarşı çıxmalarına səbəb olacaq. Amma rusiyalı ekspertlər bu məsələdə daha ehtiyatlı proqnozlar verirlər. Rusiya Qlobal İqlim dəyişilkliyi və Ekologiya İnstitutu direktorunun müavini Yuri Anoxin iqlim dəyişikliyinin müəyyən problemləri ortaya çıxaracağı barədə deyilənlərlə razılaşıb. Lakin o bunun müharibələrə səbəb olacağı barədə Smitin dedikləri ilə razılaşmadığını söyləyib. Rusiya Vəhşi Təbiət fondunun “Klimat və Energetika” proqramının rəhbəri Aleksey Kokorin isə istənilən halda iqlim dəyişikliyinin heç bir ölkədən yan keçməyəcəyini deyib. Onun sözlərinə görə, əgər havanın illik temperaturu min illər boyu mövcud olan iqlim normasından iki dərəcə artsa onda Portuqaliyadan başlamış Qazaxıstana kimi uzanan böyük bir ərazidə, o cümlədən Afrika və Hindistanda güclü quraqlıq baş verəcək. Bu isə milyardlarla adamın aclıqdan və susuzluqdan ölməsi demək olacaq. Kokorin bununla belə iqlim dəyişikliyinin əhalinin böyük köçü ilə müşayiət olunacağını istisna etməyib.

Beləliklə qasırğaların hücumları və anormal iqilim dəyişiklikləri yaxın gələcəkdə bəşəriyyət üçün böyük təhlükəyə çevriləcək. Necə deyərlər yer kürəsi tamamilə su altında qalmaq və məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qalacaq. Bundan xilas yollarının tapılıb-tapılmayacağını isə gələcək göstərəcək.

Əziz Mustafa

BIR CAVAB BURAXIN