Şuşada günəş panelləri ilə təchiz edilən evlər var…

0
355

Xankəndi və Şuşada günəş enerjisi panelləri ilə təchiz olunan  müəssisə və mənzillər var.
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, bu haqda Dağlıq Qarabağdakı qondarma separatçı rejimin “rəsmi” sözçülərindən biri məlumat verib. Xankəndində “Park-otel-Artsax” mehmanxanası 2015-ci ildən günəş su qızdırıcılarıyla təchiz olunub. Və hazırda hoteldə işlənən isti suyun 25 faizi günəş qızdırıcılarının hesabına isinir.
Şuşada isə Fransanın Roman şəhərindəki erməni icmasının dəstəyi ilə  bir neçə mənzil günəş qızdırıcılarıyla təchiz  edilib. Şəhərdəki “Yeznik Mozyan” peşə məktəbində 6 kVt gücündə günəş fotovolt stansiyası quraşdırılıb. Həmin məktəbdə günəş enerjisi üzrə mütəxəssislər hazırlanır.
Şuşa və Əskəran rayonlarının yerli “hökumət” binalarında, eləcə də məktəb və uşaq bağçalarında da fotovolt şəbəkə stansiyaları, sakinlər üçün isə günəş su qızdırıcıları quraşdırılması planlaşdırılır.
P.S.  Bakıda 2-3 otaqlı bir mənzilin günəş panelləri ilə təchiz olunması təxminən 7 min manata başa gəlir…

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

five × two =