Suriyada terrorla mübarizə hələ başa çatmayıb

0
471

ABŞ öz qoşunlarını münaqişə bölgəsindən çıxarsa belə,  Fransa Suriyada terrorçularla mübarizəni davam etdirəcək.

Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə CNevvs telekanalına müsahibəsində Fransanın Avropa məsələləri üzrə naziri Natali Luazo Trampın ABŞ qoşunlarının Suriyadan çıxarılacağı ilə bağlı açıqlamasına cavabında deyib: “Terrorizmlə mübarizə hələ başa çatmayıb. Suriyada terrorçularla mübarizədə xeyli uğurlar əldə edilib, ancaq bölgədəki beynəlxalq koalisiya gücləri çərçivəsində hələ onlarla mübarizəmiz davam edir”.

Fransız nazir Trampın ABŞ qoşunlarının Suriyadan çıxarılacağı barədə dediklərinin Fransanı önəmli məsələlərdə sərbəst qərar qəbul etmək barədə düşünməyə məcbur etdiyini də söyləyib: “Tramp tərəfindən qəbul edilən bu qərar göstərir ki, Avropa və ABŞ fərqli prioritetlərə malik ola bilərlər. İstənilən halda Fransa və Avropa İttifaqi hansısa məsələnin həllində başqasına deyil, özlərinə ümid etməlidirlər”.

 

 

принятое президентом США решение “указывает на то, Европа и США могут иметь различные приоритеты, и что в любом случае Франции и странам ЕС следует рассчитывать на самих себя”.