Suriya hökumət ordusu Hələbi bombaladı

0
521

Bəşər Əsəd rejiminə məxsus Hərbi Hava Qüvvələrinin Suriyanın Hələb şəhərinə endirdiyi aviasiya zərbələri nəticəsində 24 nəfər ölüb.

Bu barədə “Anadolu” agentliyinə Hələbin Mülki müdafiə qüvvələrinin nümayəndəsi Nəcib Ənsari xəbər verib. Onun sözlərinə görə, hava zərbələri nəticəsində daha 73 nəfər yaralanıb.

O, qeyd edib ki, Əsədin aviasiyası Məşhəd, Sukkeri, Ətarib rayonlarını bombalayıb.

Mülki müdafiə qüvvələrinin üzvləri dağılmış binaların altındakı meyitləri və yaralıları çıxarmağa çalışır.

Bombardmanlara məruz qalan rayonların səhra hospitallarında dərman çatışmazlığı hiss olunur.

BIR CAVAB BURAXIN