Suriya əsgərləri “Polad Ələmdar” köynəkləri ilə döyüşür

0
253

“Fərat qalxanı” əməliyyatı çərçivəsində Cərablus ətrafında döyüşlərə davam edən Azad Suriya Ordusunun əsgərlərinin maraqlı görüntüləri yayılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, İŞİD terrorçularına qarşı savaşan bəzi əsgərlərin “Polad Ələmdar” köynəkləri geyindiyi diqqətlərdən qaçmayıb.

Bəziləri “Kurtlar Vadisi” serialının baş qəhrəmanı “Polad Ələmdar”ı özünə kumir olaraq görür. Onlar döyüşlərdə “Poladın” şəklinin olduğu köynəkləri geyinməklə daha həvəslə döyüşürlər.

Qeyd edək ki, Türkiyə ordusunun dəstəyi ilə davam edən “Fərat qalxanı” əməliyyatında bir neçə vacib bölgə İŞİD-dən geri alınıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

1 × three =