Su-27 və “Qolfstrim” səmada üz-üzə gəlib: Təhlükə son anda sovuşub

0
577

Rusiyaya məxsus Su-27 qırıcı təyyarəsi Baltik dənizi üzərindən ölkə sərhədlərinə yaxınlaşmağa cəhd edən İsveçə məxsus “Qolfstrim” kəşfiyyat təyyarəsini aşkar edib.

Arazinfo.com-un TASS-a istinadən verdiyi məlumata görə, İsveç təyyarəsi radarlardan yayınmaq üçün söndürülmüş transponderlə Rusiyanın dövlət sərhədlərinə doğru uçub. Bununla əlaqədar havaya qaldırılan Su-27 qırıcı təyyarəsi sürətlə “Qolfstrim”ə yaxınlaşıb və onu yerə enməyə məcbur etmək istəyib. Bunu görə İsveçin kəşfiyyat təyyarəsi istiqamətini dəyişərək Rusiyanın hava sərhədlərindən uzaqlaşıb.