Stoltenberq: Gürcüstan NATO-ya üzv olacaq

0
466

NATO Rusiyanın təzyiqləri qarşısında geriyə çəkilmək fikrində deyil.

Axar.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla görüşdən sonra jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib.

“Bizim Rusiyaya yanaşmamızda heç bir fikir ayrılığı yoxdur. Rusiya ilə qarşıdurma tərəfdarı deyilik. Moskva hələ də qonşularına qarşı hərbi güc tətbiq etmək niyyətinə sahibdir. Biz görürük ki, Rusiya hərbi imkanlarını və kəşfiyyatını artırmaqdan ötrü kifayət qədər yatırımlar edir. Məhz buna görə Soyuq müharibədən sonra NATO ilk dəfə müdafiə xərclərini artırıb”, – deyə o bildirib.

O, NATO-nun Gürcüstan və Ukraynanı bundan sonra da dəstəkləyəcəyini deyib.

Stoltenberq Gürcüstanın NATO üzvü olacağını bəyan edib.

BIR CAVAB BURAXIN