SSRİ-nin GİZLƏTDİYİ SİRR: 43000 hərbçi necə məhv edildi?

0
61

Bir çox dünya ölkələrinin “qırmızı bəla” adlandırdığı SSRİ qapalı cəmiyyətə malik dövlət olduğundan neçə-neçə faciələri bu günə kimi ört-basdır edilib, gizlədilib. Belə faciələrdən biri də 1954-cü ilin 14 sentyabrında Orenburq vilayətində baş vermiş, 43 min hərbçinin, minlərlə mülki sakinin məhvinə səbəb olmuş “Qartopu əməliyyatı” fəlakətidir.

storage unit business plan  

follow get link Publika.az bu faciə ilə bağlı bir sıra faktları təqdim edir:

https://deseobamboo.com/miracle-grow-and-viagra  

olive oil and eggs for hair reviews “Qartopu əməliyyatı”na hazırlıq

 

1954-cü ilin bütün yayı ərzində kiçik Toçk stansiyasına ittifaq ölkələrinin hər yerindən hərbi eşelonlar gətirilirdi. Lakin hətta komandanlıq da daxil olmaqla, heç kim bilmirdi ki, onlar bura nə üçün göndərilib.

Xüsusi risk bölməsi Veteranlar komitəsinin sədri Vladimir Bentsianov xatırlayır: “Hər stansiyada eşelonumuzu qadınlar və uşaqlar qarşılayırdılar. Qadınlar bizə xama və yumurta verərək deyirdilər: “Doğmalarımız, siz yəqin Çinə vuruşmağa gedirsiniz. Əllinci illərin ortalarında SSRİ üçüncü dünya müharibəsinə hazırlaşırdı. ABŞ-dan sonra SSRİ də özünün nüvə silahını bir daha sınaqdan keçirmək qərarına gəldi. Sınaq ərazisinin seçildiyi Orenburq düzünü onun Qərbi Avropa landşaftına oxşarlığına görə seçdilər.

 

“Hərbi bölməmizdən sınaq üçün ən yaxşıları seçdilər. Bizə şəxsi silahlar – modernizasiya olunmuş “Kalaşnikov” avtomatları, “R-9” radiostansiyası və digər silahlar verdilər”, – deyə Nikolay Pilşıkov bildirir.

Hərbi təlimlərə 212 hərbi hissənin 45 min hərbi qulluqçusu – 39 min əsgər, çavuş, gizir, 6 min zabit, general və marşal cəlb edildi. “Qartopu” adlandırılan təlimə hazırlıq 3 ay davam etdi. Yayın sonunda nəhəng düzənlikdə on minlərlə kilometr uzunluğunda səngərlər, tranşey və tank əleyhinə xəndəklər qazıldı. Təlim ərəfəsində zabitlərə nüvə silahı ilə bağlı məxfi film nümayiş etdirildi.

Partlayışın episentrindən 5-6 kilometr məsafədə yerləşən Boqdanov və Fedorovka kəndlərinin sakinləri 50 kilometr arxaya təxliyə edildilər.

Bu arada bir maraqlı faktı diqqətinizə çatdıraq: məsələ burasındadır ki, təlimi izləməyə Böyük Vətən Müharibəsinin istedadlı sərkərdələri, Sovet İttifaqı marşalları – Vasilevski, Rokossovski, Konev, Malinovski də qatılmışdılar. Bunlar həmin marşallar idi ki, Stalinqradın, Ukraynanın, Belarusun faşistlərdən işğalı əməliyyatını hazırlamışdılar.

Təlimin rəhbəri isə marşal Jukov idi. Leninqradın xilaskarı, uğurlu Berlin əməliyyatının müəllifi, Böyük Vətən Müharibəsindəki heç bir əməliyyatda faşistlərə məğlub olmayan Jukov.

 

source Xirosimo partlayışından da güclü atom zərbəsi

 

Səhər saat 9:33 radələrində düzənlikdə nüvə partlayışı baş verdi. Təyyarələr yerüstü hədəflərə zərbə vururdular. Həmin gün atılan bombalar 1945-ci ilin mayında Berlinə yağdırılan mərmilərdən güclü idi.

Nəhayət “Tu-4” bombardmançı təyyarəsi nüvə bombasını 8000 metr hündürlükdən təlim mərkəzinə atdı. Daha bir maraqlı fakt: qırx tonluq bu bomba Xirosimoya atılan bombadan bir neçə dəfə güclü idi. Nüvə partlayışından 5 dəqiqə sonra artilleriya hazırlığı başladı.

 

43 min əlil, 3209 onkoloji xəstə

 

Lakin nüvə sınağı SSRİ-yə olduqca baha başa gəldi. Belə ki, təlimdə iştirak etmiş 45 min hərbçinin cəmi 2 min nəfəri sağ qaldı. Onların yarısı birinci və ikinci qrup əlilə çevrilib şikəst oldular. Hərbçilərin 74,5 faizi hipertoniya və beyin aterosklerozu, ürək xəstəliklərindən əziyyət çəkməyə başladılar. Daha 20,5 faiz hərbçi isə həzm orqanları və qan xəstəliklərindən dünyalarını dəyişdilər.

İtkilər bununla yekunlaşmadı. Yaxınlıqdakı kəndlərin minlərlə sakini də şüalanmadan dünyasını dəyişdi. Lakin ölənlərin sayı bu günə kimi məlum deyil. Çünki Toçk rayon xəstəxanasının 1954-1980-ci il üzrə arxivləri məhv edilib.

Yaxınlıqdakı ərazidə becərilən meyvələr də radioaktiv şüalanmaya məruz qaldılar. Boqdanov, Fedorovka və Soroçinski kəndlərinin sakinləri odunların qəribə işıqlanmasını indiyədək xatırlayırlar. Siçanlar, siçovullar, dovşanlar, qoyunlar, inəklər, atlar və hətta “zonada” olmuş həşəratlar güclü şüalanmaya məruz qaldılar…

Lakin bu da son deyildi – 1952-ci ildən ətraf kəndlərdə onkoloji xəstəliklərdən 3209 nəfər öldü.

Təlimlərin bütün iştirakçıları dövlət və hərbi sirrin yayılmaması barədə 25 illik yazılı öhdəlik götürdülər. Erkən infarktlardan, insultlardan və xərçəngdən ölən hərbçilər hətta onları müalicə edən həkimlərə şüalanmaları barədə danışa bilmirdilər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here