Şri-Lanka terrorunda radikal buddist izləri?

0
254

Son illərdə dünyanın müxtəlif ölkələrində mütəmadi olaraq baş verməkdə olan terror aktları öz əhatə dairəsini get-gedə genişləndirməkdədir. Bu baxımdan Suriyada İslam dövlətinə qarşı mübarizədə ciddi uğurların əldə edildiyi bir vaxtda bölgədən minlərlə kilometr uzaqlarda yerləşən Şri-Lankada xristianların müqəddəs bayramı hesab edilən pasxa günündə həyata keçirilən və 310 nəfərdən atıq adamın ölümünə və 500 nəfərin yaralanmasına səbəb olan 8 terror aktı beynəlxalq aləmdə böyük əks-sədaya səbəb olub. Terror aktı nəticəsində ölənlər arasında 30 əcnəbi vətəndaş da olubOnlardan 6 nəfəri Böyük Britaniya, 8 nəfəri Hindistan, 2 nəfəri Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, 1 nəfəri Banqladeş, Fransa, Yaponiya, Niderland, Portuqaliya, İspaniya vətəndaşıdır. Bundan əlavə terror qurbanları arasında  ABŞ və Böyük Britaniya vətəndaşlığı olan iki, Avstraliya və Şri- Lanka vətəndaşlığı olan iki nəfər də var.Terror aktından sonra 14 əcnəbi vətəndaş itkin düşüb. Onların da ölənlər arasında olduğu istisna edilmir.  17 nəfər xarici vətəndaş isə terror aktı nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 Öz növbəsində Roma papası Frnasisk Şri-Lankada baş verən türror aktlarını dəhşət və dünyanın ən böyük faciəsi adlandırıb. Terror aktından sonra dərhal cinayətkarların axtarışına başlayan yerli polis əməkdaşları 20 nəfər şəxsi şübhəli qismində həbs edib. Hələlik baş verən terror aktının arxasında hansı qüvvələrin dayandığı məlum olmasa da, ilk ağla gələn müsəlmanlar olub. Guya terror aktı müsəlmanlar tərəfindən həyata keçirilib. Hətta bəzi üzdən iraq poltoloqlar xristian kilsəsinə hücumu Yeni Zelandiyadakı məsciddə müsəlmanlara qarşı həyata keçirilən terror aktına cavab kimi dəyərləndiriblər. Lakin bu ehtimalı təsdiq edən cüzi bir fakt belə əldə yoxdur.  Təbii ki, dərhal da sual ortaya çıxıb: Şri-Lankadakı terror aktının arxasında kimlər və hansı qüvvələr dayanır? Axı heç kəsə sirr deyil ki, terror aktları adətən öncədən xüsusi diqqətlə hazırlanır və onun həyata keçirilməsində böyük təcrübəyə malik olan kamikadze terrorçular dayanır. Ona görə də Şri-Lankada həyata keçirilən terror aktının təsadüfi olduğunu düşünmək özü də sadəlövhlük olardı. Digər tərəfdən də uzun illər ərzində Şri-Lankada baş verən vətəndaş müharibəsi zamanı ölkədə yaşayan xristinlara münasibətdə hər hansı düşmənçilik halları qeydə alınmayıb. Məsələnin bu tərəfinə diqqəti cəlb edən əksər politoloqlar Şri-Lankada həyata keçirilən terror aktınınn izlərinin xaricə getdiyini vurğulayırlar. Bu da təsadüfi deyil. Belə ki, pasxa bayramında adanın müxtəlif hissələrində yerləşən kilsə və otellərə hücum terrorçular tərəfindən  demək olar eyni vaxtda həyata keçirilib. Ona görə də terror aktında “müsəlman” izi axtaranlar baş verən hadisənin xaricdəki islam terrorçuları tərəfindən hazırlandığını iddia edirlər. Məsələyə münasibət bildirən İnternational Crisis qrupunun eksperti Alan Kinan deyir ki, yüksək səviyyədə hazırlanan terror aktı yalnız yerli lankiyalıların işi ola bilməz və bu məsələnin arxasında yaxşı təşkilatlanan xarici güclər dayanır. Şri-Lankada həyata keçirilən terror aktının arxasında hansı güclərin dayanması ilə bağlı yerli hökumət dairələrində də fikir ayrılıqları mövcuddur. Məsələn, Şri-Lankanın səhiyyə naziri Racita Senaratne iddia edib ki, terror aktında “Tauhid Camaat” qruplaşması günahkardır. Lakin Şri-Lankanın Baş naziri Ranil Vikramasinqxe terror aktının kimlər tərəfindən həyata keçirildiyinin məlum olmadığını və məsələnın araşdırılmasında xarici ölkələrin köməyinə ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə terror aktına görə indidən günahı kimlərinsə üzərinə atmaq üçün əldə kifayət qədər sübut və fakt yoxdur. Ona görə də yerli hökumət orqanları baş verən terror aktından kimlərinsə istifadə edərək digər etnik azlıqlara qarşı analoji addımlar atmasının qarşısını almaq üçün müvafiq addımlar atırlar. Ölkədə gecə saatlarında komendant saatı təyin edilib. Eyni zamanda terror aktı ilə bağlı araşdırmalar başa çatana kimi sosial şəbəkələrə, o cümlədən feysbuka və vatsapa  giriş bloklanıb. Bundan məqsəd sosial şəbəkələrdə yayılan qızışdırıcı şayiələrin qarşısının alınmasıdır.

Yeri gəlmişkən onu da deyək ki, 22 milyon nəfər əhalisi olan Şri-Lankada əhalinin 6,7 faizini xristianlar,8,9 faizini müsəlmanlar,79,7 faizini isə buddistlər təşkil edir. Qeyd edək ki, buddistlər tərfindən vaxtaşırı dini azlıqlar olan müsəlman və xristianlara münasibətdə zorakılıq və ayrı-seçkilik hallarına yol verilsə də dini zəmində ölüm halları qeydə alınmamışdı. Şri –Lankada baş verən hadisələrlə bağlı diqqəti cəlb edən digər bir mühüm amil isə sonuncu dəfə1996-cı ildən ölkənin belə faciə ilə üzləşməsi ilə əlaqədardır. Belə ki, 1996-cı ildə ölkənin paytaxtı Kolomboda Mərkəzi Banka hücum edən “Tamil-İlamın azadlığı uğrunda pələnglər” adlı qruplaşmanın üzvləri 100 nəfəri öldürmüşdülər. 30 il ərzində Tamil İlamın azadlığı uğrunda mübarizə aparan üsyançılar  2009-cü ildə məğlub oldular. Məsələ ilə bağlı Vaşinqton post qəzetinin yazdığına görə, məhz üsyançıların məğlubiyyətindən sonra çoxluqda olan buddistlər dini azlıqlar olan müsəlmanları və xristianları hər vasitə ilə sıxışdıraraq onlara qarşı zorakılıqlara baş vururlar. Xüsusi ilə Şri-Lankada dini-siyasi iqlim son aylarda yenidən kəskinləşib. Əgər əvvəllər radikal ovqatlı buddist qruplaşmaları yalnız tamillərə münasibətdə zorakılıqlara əl atırdılarsa, üsyan yatırılandan sonra müsəlmanlar və  xristianlar da onların hədəfinə çevriliblər. Bunu Şri-Lankanı sırf buddist milləti sayan və onu başqalarından “müdafiə etmək istəyən” buddist radikal qruplaşmaları tərəfindən dini azlıqlara qarşı zorakılıqların durmadan artması dabir daha sübut etməkdədir.  Xüsusi ilə sosial şəbəkələrdə dini azlıqlar hər vasitə ilə təhqir edilir, onlar öldürülməklə qorxudulur. Buddist radikal qruplaşmalarına rəhbərlik edən Sinqal rahibi Qalaqoda Qnanasara  2014-cü ildə yerli buddistlərə müraciətində irqçi və millətçi olduqlarını bəyan edərək Şri-Lankanın yalnız özlərinə (buddistlərə) məxsus olduğunu bildirmişdi. “Buddist gücünün ordusu” (Bodu Bala Sena) təşkilatının baş katibi olan Qalaqoda Qnanasara dini azlıqlara hədə qorxu gəldiyinə və onlara qarşı zorakılıqlara əl atdığına görə polis tərəfindən həbs edilib. Hazırda həbsdə olan bu radikal buddistın həbsxana divarları arxasından beləı radikal buddistlərə rəhbərlik etdiyi, onları dini azlıqlara qarşı zorakılıqlara çağırdığı iddia edilir.  Şri-Lankada həyata keçirilən son terror aktında məhz “Buddist gücünün ordusu” təşkilatının əli ola biləcəyinə diqqəti cəlb edən Avstriyanın  Der Standert nəşri yazır ki, Birmadakı müsəlmanlara qarşı xüsusi amansızlığı ilə seçilən və özünü “Birma bin Ladeni” adlandıran rahib Aşin Yuratu ilə radikal və ekstremist buddustlər arasında sıx əlaqələr mövcuddur. Məsələ ilə bağlı hələ bir neçə il əvvəl hindistanlı jurnalist Vişal Arora buddistlər tərəfindən müsəlmanların təqib edilməsinə görə qarşı tərəfin də analoji adddımlar ata biləcəyi barədə xəbərdarlıq etmişdi. Bununla bağlı Der Standert yazır ki,  Şri-Lankada müsəlmanlar kimi xristianlar da buddistlər tərəfindən təqib və ayrı-seçkiliyin qurbanı olurlar. Bununla bağlı NGEAL yerli kilsə idarəsi tərəfindən yayılan məlumatda deyilir ki, buddist rahiblər xristian kilsə ibadətlərinin keçirilməsinə müntəzəm olaraq mane olmağa çalışırlar. NGEAL yerli kilsə idarəsi bildirir ki, 2018-ci idlə xristianlara və təşkilatlarına qarşı 86, 2019-cu ildə yəni yerli xristianlara qarşı həyata keçirilən terror aktına kimi  26 dəfə təhdid və zorakılıq hallarına baş vurulub. Bütün bunlar da xristianlara qarşı həyata keçirilən terror aktlarında buddist radikalların əlinin ola biləcəyi ehtimalını da gündəmə gətirməkdədir.

Terror üzrə  tanınmış türkiyəli ekspert Abdulla Aqar isə Yeni Şəfəq qəzetinə verdiyi müsahibəsində günümüzdə dünyanın 4-cü nəsil terrorçuları ilə üz-üzə qaldığını iddia edib. Onun sözlərinə görə artıq yeni 4-cü nəsil terrorçu qruplaşmaları dini, sekatant düşmənçiliyini qızışdırır və mübarizələrini də bu əsaslar üzərində qururlar. Onun sözlərinə görə, yeni 4-cü nəsil terror qruplaşmaları ilə mübarizə aparmaq heç də asan olmayacaq.

Beləliklə Şri-Lankada baş verən son terror hadisəsi bir daha göstərdi ki, onu həyata keçirənlərin kimliyindən asılı olmayaraq yaxın illərdə bəşəriyyəti daha ciddi təhlükə gözləyir. Bu  təhdidlərin qarşısını isə yalnız bütün dövlətlərin birgə mübarizəsi ilə almaq mümkün ola bilər.

Səda