srail Suriyada hərbi obyektlərə hava zərbələri endirib

0
30

İsrail Suriya ərazisinə hava zərbələri endirib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail ordusunun sözçüsü, polkovnik-leytenant Aviçay Adraee bildirib.

“Dünən Suriyadan İsrailə yönələn raket atəşinə cavab olaraq hərbi təyyarələrimiz İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin və Suriya ordusunun hərbi obyektlərinə hava zərbələri endirib. İranın mövqeyi İsrailin təhlükəsizliyinə, regionun stabilliyinə və Suriya hakimiyyətinə təhdiddir”, – deyə İsrail ordusunun sözçüsü qeyd edib.

O vurğulayıb ki, təxminən 20 hərbi obyektə hava zərbələri endirilib və bu obyektlərin çoxu Qüds qüvvələrinə məxsus olub, əsas hədəf isə Qüds qüvvələrinin Dəməşqdəki qərargahı olub.

İsrailin Baş Naziri Benyamin Netanyahu “Twitter”də bildirib ki, bu, İsrailin hücumlara cavab vermək iqtidarında olduğunun göstəricisidir: “Bizə zərər verənlərə zərər verəcəyimizi açıq şəkildə bildirirəm. Biz İsrailin təhlükəsizliyini təmin etməyə davam edəcəyik”.

Suriya dövlət mediası İsrailin hava hücumları nəticəsində iki mülki şəxsin həlak olması və bir neçə nəfərin yaralanması ilə bağlı məlumat yayıb.

Arazinfo.com