Soyadını dəyişib Gülən qoydu – “Anam, atam ona fəda olsun”

0
585
Mar 28, 2015; Salt Lake City, UT, USA; Oklahoma City Thunder center Enes Kanter (34) reacts from the bench area during the first half against the Utah Jazz at EnergySolutions Arena. Mandatory Credit: Russ Isabella-USA TODAY Sports

Fətullahçı Terror Təşkilatına (FETÖ) yaxın olan türkiyəli basketbolçu Enes Kanteri ailəsi övladlıqdan rədd edib.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kanter açıqlamasında bu xəbərin doğru olduğunu və soyadını Gülən olaraq dəyişdirdiyini bildirib.

“Bu gün 24 ildir ana, ata, qardaş dediyim ailəmi və bütün qohumlarımı itirdim. Doğma atam soyadımı dəyişdirməyimi istədi. Məni dünyaya gətirən anam məndən imtina etdi. Bərabər böyüdüyüm qardaşlarım məni artıq yox sayır. Qohumlarım məni bir daha görmək istəmirlər.

Vəfalı, fədakar insanların göz yaşları ilə böyütdüyü bu xidmət üçün bir Enes deyil, min Enes fəda olsun. Müəllimim yolunda anam, atam, qardaşlarım, bütün sülaləm fəda olsun. Rəbbim mənim ömrümdən alıb hər saniyəsini müəllimimə versin. Xidmət yolunda cənnətim fəda olsun, cəhənnəmlərə gülüb keçərəm. Canım müəllimimin sevgisi ana, ata, qardaş kimi bütün sevgilərdən üstündür. Anam, atam sənə fəda olsun, “Xidmət” yolunda fəda olsun, bu dava uğrunda fəda olsun. Kimsənin zərrə qədər də şübhəsi olmasın. Allah bu davanın yolçularına sahib çıxacaq. Dözün qardaşlarım, dözün bacılarım. İmtahanda uduzmayaq. Bundan sonra mənim ailəm o gözü yaşlı müəllimimdir”.

Basketbolçunun atası Mehmet Kanter isə açıqlamasında qeyd edib ki, FETÖ oğlunu gipnoz edib:

“Oğlumuzdan istifadə edirlər. Ona dəfələrlə hər hansı səhvdən geri dönməyin mümkün olduğunu başa saldıq, amma onu razı sala bilmədik. Enesi başda mən olmaqla btün Kanter ailəsi övladlıqdan rədd edir. Prezidentimiz və Türkiyə xalqından belə bir övladımız olduğuna görə utanaraq üzr istəyirik”.

BIR CAVAB BURAXIN