Şotlandiyadan müstəqillik yolunda ilk addım

0
580


 

Şotlandiya parlamenti müstəqilliyə dair referendumun keçirilməsini dəstəkləyib.

APA-nın verdiyi xəbərə görə, parlament referendumun Britaniyanın Aİ-dən çıxmasına dair şərtlərinin tam aydın olmasından sonra – 2018-ci ilin sonunda və ya 2019-cu ildə keçirilməsini dəstəkləyib.

Beləliklə, parlament ölkənin birinci naziri Nikole Sterdjenə bu təşəbbüslə Böyük Britaniya parlamentinə müraciət etməyə icazə verib.

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Tereza Mey Şotlandiyada referendumun keçirilməsinin vaxtsız olmasına dair xəbərdarlıq edib.

Qeyd edək ki, Şotlandiyada 2014-cü ildə müstəqilliyə dair referendum keçirilib. O zaman seçicilərin əksəriyyəti Şotlandiyanın Böyük Britaniyanın tərkibindən çıxmasını dəstəkləməmişdi.

 

BIR CAVAB BURAXIN