SOSİAL ŞƏBƏKƏLƏRDƏ ÇOBAN KİMİ MƏŞHURLAŞAN PƏRVİN – VİDEO

0
419

Pərvin Yaqub oğlu Səfərov 27 yaşlı deyil – onu 32 yaşı var.
Bakıda fəhlə işləmiş Pərvin Səfərov qardaşı dünyaysını dəyişəndən sonra kəndə qayıdıb, maldarlıqla məşğuldur.
Milli.Az olayı araşdırarkən bəlli olub ki, P.Səfərov 2016-cı ilin fevralın 11-də ATV telekanalındakı “BizimləSən” proqramına da qatılıb.
Məşhur müğənni və pedaqoq Teymur Əmrah Pərvinə dərslərini təklif etmişdi, amma Pərvin təklifi qəbul edə bilməyib.
O, “Səs Azərbaycan” müsabiqəsinin də iştirakçısı olub.
Hazırda o, müğənnilik və bəstəkarlıqla məşğuldur.
İnstagram-dakı profili də “Pərvin Səfərov: müğənni-bəstəkar” adlanır.
Kənddə qoyun otaran gənc oğlanın ifası bir gün ərzində sosial şəbəkələrdə ən çox paylaşılan video oldu. O qədər şirin oxuyur ki, dinləyən hər kəs heyrətə gəlir.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ən çox qeyd edilən isə budur ki, gənc kəndli oğlan indiki müğənnilərdən daha istedadlı və peşəkar ifa edir.
Sosial şəbəkələrdəki müzakirələrdə hər kəs bu gəncin kimliyi ilə maraqlandı. Biz də onu yaxından tanıtmaq üçün axtarıb tapdıq və tamaşaçılar üçün üz tutduq Neftçalanın Qaçaqkənd kəndinə.
Bir günə çoxlarının tanıdğı həmin gənc Pərvin Səfərovdir. 27 yaşı var. Heç bir müsiqi təhsili yoxdur, amma bəstəkar mahnılarını peşəkarcasına ifa edir. Deyir ki, mahnıları belə peşəkar ifa etməsini sadəcə eşitməklə öyrənib.
Neftçala rayonu Qaçaqkənd sakini Pərvin Səfərov 9-cu sinifdən musiqiyə maraq göstərsə də, təsərrüfatla məşğul olduğu üçün bu sahədə təhsil ala bilməyib. Amma o heç də bu sahəyə olan marağından əl çəkməyib. Dinlədiyi bir çox Azərbaycan klassiklərinin ifalarını olduğu kimi öyrənib ifa etməyə başlayıb.
Qoyun otararkən öyrəndiyi müsiqiləri isə mobil telefonla çəkərək sosial şəbəkədə paylaşan Pərvin deyir ki, müsiqi savadı olmadığı üçün muğam oxuya bilmir. Amma ona gələcəkdə bu sahadə yardım edən olarsa, öz səsi ilə tamaşaçıların qəlblərin fəth edəcəyinə inanır.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

12 + 13 =