Son 2 gündə 19 türk hərbçisi şəhid olub

0
504

Türkiyədə antiterror əməliyyatları davam edir.

Türkiyənin “Vatan” qəzetinin verdiyi məlumata görə, bu gün Hakkari rayonunun Şemdinli qəsəbəsində yol təhlükəsizliyini qoruyan əsgərlərlə PKK terrorçuları arasında baş verən atışmada 5 əsgər şəhid olub, 6 əsgər yaralanıb.

Terrorçuların zərərsizləşdirilməsi ilə bağlı əməliyyat aparılır.

Qeyd edək ki, dünən və bu gün ümumilikdə Hakkari, Van və Mardində 19 hərbçi şəhid olub.

BIR CAVAB BURAXIN