Smartfonlar insan detektoruna çevriləcək

0
603

Kanadanın “Algocian” şirkəti videokameraları insanları tanımaq və ya hərəkət ötürücüsü funksiyasını yerinə yetirmək texnologiyası ilə təchiz etmək üçün proqram hazırlayıb.

 

Avtonom idarəetmə texnologiyalarının sürətli inkişafı əsrində avtomobil istehsalçıları sürücüsüz avtomobillərin yolu izləyə bilməsi üçün müxtəlif ötürücü və kameralara ehtiyac duyur. Hazırda bu qurğular mürəkkəb və bahalı olsa da, “Artemis 1” proqram alqoritminin təşəkkül tapması ilə vəziyyət dəyişə bilər.

 

“Algocian” şirkətinin texnologiyası insanın və digər hərəkət edən obyektlərin istənilən videokameralar, o cümlədən avtomobillər və smartfonlar tərəfindən tanınmasını mümkün edəcək. Yaradılan texnologiyanın alqoritmlərindən istifadə edən kanadalı mütəxəssislər bildirirlər ki, onların sistemi ənənəvi proqram metodlarından daha dəqiqdir. Təkmilləşdirə bilən alqoritmin işləməsi üçün 5 dollarlıq prosessor tələb olunur.

 

“Artemis 1” proqramının işi vizual baxımdan hərəkət edən insanların avtomobillər və hərəkətsiz əşyalar arasında fərqlənməsi kimi görünür. Şirkət artıq “iOS” sistemi üçün proqramın demo versiyasını mobil əlavə şəklində təqdim edib. “Algocian” nümayəndələri əmindirlər ki, alqoritm avtomobil istehsalçılarına sürücüsüz avtomobillərdə, eləcə də müxtəlif təhlükəsizlik sistemlərində istifadə üçün lazım olacaq.

BIR CAVAB BURAXIN