Slovakiya yığması Avro-2016-də yeni imtahan qarşısında

0
508

 

 

Əziz Mustafa

 

Avropa çempionatının final mərhələsində oynayacaq komandalardan biri olan Slovakiya yığması Avropanın futbol arenasında bir o qədər də böyük uğurlara imza ata bilməyib. Bunun da səbəbi aydındır. Slovakiya uzun illər Çexiya ilə birgə beynelxalq səviyyəli yarışlarda çıxış edib. Bu baxımdan Çexoslovakiya yığmasının Avropa və dünya çempionatlarında qazandığı uğurlarda Slovakiyanın da təbii ki, rolu olub. Belə ki, Çexoslovakiyanın bir dövlət kimi mövcud olduğu dövrdə ölkə yığmasının heyətində Slovakiyanı təmsil edən məşhur futbolçular da çıxış ediblər. Cexoslovakiyanın dağılmasından müstəqil dövlət kimi dünyanın siyası səhnəsinə çıxan Slovakiya 1993-cü ildən başlayaraq Avropa və dünya çempionatlarının qrup mərhələsi oyunlarında iştirak etməyə başlayıb. Bu baxımdan Slovakiyanın ən böyük uğuru 2010-cu ildə keçirilən dünya çempionatının qrup mərhələsinin qalibi kimi final mərhələsinə vəsiqə qazanması və səkkşizdəbir final matçında oynaması olub. Slovakiyanın Çexiya ilə oyunları da həmişə prinspial şəkildə keçib. 1998-ci ildə keçirilən dünya çempionatının qrup mərhələsi oyunları çərçivəsində slovaklar Praqada çexlər üzərində 2:1 hesabı ilə qələbə çaldılar. Bratislavada keçirilən oyunda isə 2:2hesabı qeydə alındı.  2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının final mərhəlsinə vəsiqə qazanmaqla isə Slovakiya yığması öz tarixində bir ilkə imza atmış oldu.

Slovakiya yığması dünya futboluna Miroslav Karqan, Silard Nemet, Stanislav Varqa, Marek Mintal, Peter Dubovski, Martin Şkrtel Quboçan Tomaş, Robert Vittek, Marek Qamşik, Stanislav Şestak və Yan Dyuritsa kimi ulduz futbolçular bəxş edib. Bu baxımdan Slovakiya yığmasının heyəti hazırda da olduqca güclüdür və bu komanda istənilən adlı-sanlı komandanı məğlub etmək gücünə malikdir.Hazırda Slovakiya yığması bu ilin aprel ayının 7-nə olan FİFA-nın reytinq cədvəlində 32-ci, 2015-ci il noyabr ayının 13-nə olan UEFA reytinqinə görə isə 19-cu yerdə qərarlaşıb.

 

2010-cu il dünya çempionatının final mərhələsinə vəsiqə qazandı

Slovakiya yığması 2010-cu ildə keçirilən dünya çempionatının final nərhələsi çərçivəsində keçirilən oyunların qrup mərhələsinə uğurla başladı. Slovakiya öz qrupunda Çexiya, Polşa, Şimali İrlandiya və Sloveniya kimi güclü rəqiblərlə oyunda gözəl oyun nümayiş etdirərək öz qrupunda 22 xala birinci yeri tutdu və beləliklə dünya çempiınatının final mərhələsinə vəsiqə qazandı. Cənubi Afrikada keçiirlən dünya çempionatının final mərhələsinin qrup oyunlarında Slovakiya F qrupunda Paraqvay, Yeni Zelandiya və İtaliya ilə bir qrupda mübarizə aparadı. Slovakiya əvvəlcə Yeni Zelandiya ilə xallar yarı böldü, ikinci oyunda isə slovaklar paraqvaylılara 0:2 hesabı ilə məğlub oldular. Bununla belə slovaklar son oyunda güclü İtaliya yığması üzərində 3:2 hesabı ilə qələbə çalaraq öz qruplarında 2-ci yeri tutdular və səkkizdəbir final mərhələsinə vəsiqə qazandılar.

Lakin səkkizdəbir final oyununda slovaklar Niderland yığmasına 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmağa məcbur oldular. Bütün hallarda Slovakiyanın dünya çempionatının finalına vəsiqə qazanması və bu mərhələdə səkkizdəbir finala kimi irəliləməsi gənc komanda üçün ən böyk uğur hesab edilir.

2012-ci ildə keçirrlən Avropa çempionatının qrup mərhələsi oyunlarında isə Slovakiya B qrupunda Rusiya, İrlandiya, Makedoniya, Ermənistan və Andorra ilə bir qrupda mübarizə apardı. Vladimir Vaysın baş məşqçisi olduğu Slovakiya yığması əvvəlcə evdə Makedoniya, sonra isə səfərdə Rusiya yığması üzərində mininmal hesabla qələbə çaldı. Lakin Ermənistan yığması ilə oyunda gözlənilməz məğlubiyyət slovaklara ağır təsir göstərdi. Onlar daha sonra İrlandiya ilə 1:1 oynadılar, Andorra üzərində isə 1:0 hesabı ilə qələbə çaldılar. Bununla belə Slovakiya sonrakı oyunlarda arzu edilən nəticə göstərə bilməyərək növbəti mərhələyə çıxmaq şansını itirdilər. Əlbəttə komandanın bu uğursuzluğunda özünə arxayınçılıq  müəyyən rol oynadı. Slovaklar bundan əlavə psixoloji baxımdan oyunlara yaxşı hazır deyildilər. Məğlubiyyət və heçə-heçə komandanın oyunçularında özlərinə inamsızlıq yaradırdı. Nəticədə slovaklar məhz psixoloji baryeri adlaya bilməmələri səbəbindən Avropa çemponatının final mərhələsinə vəsiqə qazana bilmədilər.

2014-cü ildə keçirilən  dünya çempionatının  qrupu mərhələsi oyunlarında slovaklar Yunanıstan, Bosniya-Herseqovina, Litva,  Latviya və Lixtenşteynlə G qrupunda mübarizə apardılar. Slovakiya bu mərhələdə keçirdiyi 10 oyundan 3-də qalib gəldi,4 -də məğlub oldu, 3 oyunda isə xalları yarıya böldü. Nəticədə Slovakiya 13 xalla qrupda 3-cü yeri tutaraq dünya çempionatının finalına vəsiqə qazana bilmədi. Buna baxmayaraq slovaklar bəzi matçlarda olduqca gözəl oyun nümayiş etdirərək futbolsevərlərin rəğbətini qazandılar.

 

Yeni uğur və Avropa çempionatının finalına vəsiqə

2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının finalına vəsiqə qazanmaq uğrunda Slovakiya C qrupunda güclü İspaniya, Ukrayna, Belarus, Lüksemburq və Makedoniya ilə  mübarizə apardı. Bu qrupdan Fransaya vəsiqə qazanacaq komandadan birinin İspaniya olacağı öncədən şübhə doğurmurdu. İkinci vəsiqə uğrunda mübarizənin isə Slovakiya ilə Ukrayna arasında gedəcəyi ehtimal edilirdi. Elə də oldu. Bu qrupda İspaniya 27 xalla birinci yeri tutaraq Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazandı.

C qrupunda Fransaya 2-ci vəsiqənin sahibi isə rəqib meydanında Lüksemburqa 4:2 hesabı ilə qalib gələn Slovakiya oldu. Slovakiya komandası da qrup məhələsinin oyunlarını yüksək səviyyədə keçirdi. Slovakiya qrup mərhələsi çərçivəsində keçirdiyi 10 oyundan 7-də qalib gəlib, 2-də məğlub olub, birində isə heç-heçə oynayıb. Slovakiya  qrup mərhələsi oyunlarının ilk turundan yaxşı start götürdü. Komanda uzun müddət ikinci yerdə gedərək Fransaya bu qrupdan qazanılacaq iki vəsiqədən birinin sahibi olacağını nümayiş etdirdi. Ancaq Slovakiya 8-ci turda gözlənilmədən öz meydanında Belarusa 0:1 hesabı ilə məğlub olaraq Ukrayna komandasının xal hesabı ilə ona çatmasına imkan verdi. Lakin Ukrayna komandasının son turda məğlub olması slovakların üzünə Fransaya gedən qapının açılmasına yol açdı.

Qeyd edək ki, Slovakiya öz tarixində ilk dəfə Avropa çempionatının final mərhələsində iştirak edəcək. Slovakiya hələlik ən yaxşı nəticiəni 2010-cu ildə keçirilən dünya çempionatına yüksəlməklə göstərib. Komandanın baş məşqçisi Yan Kozakdır. Yan Kozak 2013-cü ildə Slovakiya komandasına baş məçqçi təyin olunub. Kozak komandanı yenidən formalaşdıra və onu əzmkar oyun oynamağa həvəsləndirə bilib. Bu komanda Avro-2016-da əzmkar oyunu ilə istənilən komandaya qalib gələ bilər. Ancaq hər şey komandanın Avro2016-ya kimi əzmkar oyun tərzini qoruyub saxlaya bilib-bilməməsindən asılı olacaq. Slovakiya Avropa çempionatının final mərhələsi oyunları çərçivəsində B qrupunda İngiltərə, Rusiya və Uelslə mübarizə aparacaq. Slovakiya ilk oyununu iyunun 11-də Bordoda Uelslə keçirəcək. İyunun 15-də Slovakiya Lilldə Rusiya ilə, 20-də isə Sent-Etyendə İngiltərə ilə oynayacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

nineteen + ten =