Slovakiya ilə Rusiya arasında casus qalmaqalı

0
549
Slovak Prime Minister Peter Pellegrini gives a statement to the media after his talks with German Chancellor Angela Merkel in Berlin, Germany, May 2, 2018. REUTERS/Axel Schmidt - RC11E50D7360

Rusiya ilə Slovakiya arasında yeni siyasi və diplomatik qalmaqal baş verib.

Arazinfo.com-un Röyter agentliyinə istinadən verdiyi xəbərə görə, Slovakiya rusiaylı diplomatı ölkədən qovub. Buna səbəb isə Rusiya diplomatının diplomatik toxunulmazlıq hüququndan istifadə edərək Slovakiya ərazisində casusluq fəaliyyəti ilə məşğul olması olub.

Məsələ ilə bağlı bu gün Slovakiya televiziyası ilə canlı yayımda çıxış edən Slovakiya Baş naziri Peter Pelleqrini: “Hərbi kəşfiyyatımızın əldə etdiyi məlumat əsasında noyabr ayının 22-də Rusiya səfirliyinin hərbi attaşesi persona non qrata elan edilərək ölkəmizdən çıxarılıb. O Slovakiya və NATO əleyhinə casusluq fəaliyyəti ilə məşğul olurdu”

Hələlik Rusya Xarici işlər nazirliyi məsələ ilə bağlı hər hansı açıqlama verməyib.

Xatırladaq ki, bir müddət əvvəl Avstriya, Niderland, Norveç və İsveç də casusluq fəaliyyətinə görə rusiyalı diplomatları ölkədən qovmuşdular.

Əziz Mustafa