Sirri açılmayan türk ehramları

0
870

İlk ehramların kimə aid olduğunu düşünərkən ağlınıza ilk Misir gəlirsə yanılırsınız. Tarixi araşdırmalar ilk ehramların məhz türklərə aid olduğunu ortaya çıxarıb. Çinin Xian şəhərindən 100 km uzaqlıqda qədim türklər tərəfindən inşa olunan 100-ə yaxın ehram yer alır. Qin Linq Şan dağlarında yerləşən ehramların hündürlüyü 300 metrə çatır. Türk sivilizasiyasının izlərini daşıyan ehramlar ilk dəfə 1957-ci ildə ölkənin Şensi bölgəsində aparılan tədqiqatlar zamanı ortaya çıxıb.

1994-cü ildə elm adamı Hartvinq Hausdof çəkdiyi fotoşəkilləri yayımlamaqla türk tarixinə aid bir çox gerçəyin ortaya çıxmasına şərait yaratdı. Alimlər sözügedən ehramları e. ə. 2500-cü illərdə inşa olunduğunu güman edirlər. Ehramların olduğu bölgə Çin hökuməti tərəfindən qadağan olunmuş ərazi sayıldığından içərisində tədqiqat aparılmasına icazə verilmir. Mütəxəssislər ehramların içərisində mumiyaların ola biləcəyini ehtimal edirlər. Bununla yanaşı, ehramların üzərində həkk olunan qədim türkcə yazılar da tədqiq oluna bilmir.

Ehramlar hündürlüyü və forması etibarilə diqqət çəkməməsi üçün Çin hökuməti tərəfindən kamuflyaj olunduğu iddia edilir. Digər iddialardan biri də ehramların içərisində urumçi mumiyalarının olmasıdır.

Xəyalə Sadıqova

BIR CAVAB BURAXIN