Şimali Koreyadan Cənubi Koreyaya qaçqın axını artmaqda davam edir

0
150

2018-ci ildə Şimali Koreaydan Cənubi Koreyaya minlərlə adam qaçıb.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə Cənubi Koreya Birləşmə nazirliyinin yaydığı məlumatda deyilir. Məlumatda qeyd edilir ki, bu ilin yanvar-noyabr aylarında Şimali Koreyadan Cənubi Koreyaya 1042 nəfər qaçıb: “Şimali Koreyada Kim Çen Inın hakimiyyətə gəlməsindən sonra hər il Cənubi Koreyaya 1200-1500 nəfər qaçır”.

Şimali Koreyadan olan qaçqınlar müxtəlif yollarla Çinə daxil olur, oradan da Cəngi Koreyaya keçirlər.  Onların şimaldan cənuba köç etməsinin səbəbi vətənlərində aclıq və işsizliklə üzləşmələri və ağır totalitar rejimin zülmlərindən cana gəlmələridir.