“Silahlı Qüvvələr haqqında” yeni qanun layihəsi MM-də müzakirəyə çıxarılır  

0
272

Yenidən hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
 Arazinfo.com  APA-ya istinadən xəbər verir ki, yeni qanun layihəsində maddələrin sayı artıb. 5 fəsil, 16 maddədən ibarət olan yeni qanun layihəsində Silahlı Qüvvələrin yeni formada təsnifatı verilir, əsas vəzifələri sadalanır.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü Zahid Oruc APA-ya bildirib ki, yeni qanun layihəsi Azərbaycanda Silahlı Qüvvələrin reyestrini müəyyənləşdirir: “Qanun layihəsində göstərilir ki, ölkədə hansı növ silahlı qüvvə birləşməsi formalaşdırıla bilər”.
Qeyd edək ki, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” mövcud qanun 1991-ci ildə qəbul olunub və 10 maddədən ibarətdir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

one × two =