Şeytanın etirafları

0
309

 


Bir gün Allah-Taala şeytanı Rəsulullahın (s.ə.s.) yanına göndərir ki, Onun suallarını cavablasın və şeytana o da bildirilir ki, yalan söylədiyi an külə dönəcək. Rəsulullahın (s.ə.s.) suallarına cavab olaraq şeytan özü haqqında çox mühüm gerçəkləri açıqlayır:

– Ya Muhamməd, Allahın yaratdıqları arasında ən çox sevmədiyim kimsə Sənsən. Səndən sonra ən çox qəzəbləndiyim və sevmədiyim müttəqi (təqvalı, yəni haramdan, günahdan qorxan, özünü qoruyan- red.) gəncdir ki, varlığını Allah yoluna vermişdir. Sonra səbrli, şübhəli işlərdən çəkinən alimləri sevmərəm. Sonra təmizkar olanları, yuduğu yeri üç dəfə yuyanları sevmərəm. Sonra səbrli kasıbı sevmərəm ki, ehtiyacını özü kimi birisinə bildirməz. Hər kim öz ehtiyacını özü kimi birisinə üst-üstə üç gün söyləyərsə, Allah onu səbr edənlər sırasına yazmaz. Daha sonra şükr edən zənginləri sevmərəm, çünki o, aldığını hala yoldan alır və xeyir yerlərə xərcləyir.

– Ya Muhamməd, sənin ümmətin namaza duranda məni titrətmə tutar, titrərəm, çünki Allah üçün səcdə edəndə bir dərəcə yüksəlir; oruc tutanda da ona qarşı iftara qədər bağlanıram; Həcc ziyarətini yerinə yetirəndə də dəli oluram; Quran oxuduğu zaman odda əriyən qurğuşun kimi əriyirəm; sədəqə verdiyi zaman da halım çox pis olur, sanki əlinə bir mişar alıb, məni ikiyə bölür. Çünki sədəqədə dörd gözəllik var: 1. Allahü-Taala sədəqə verənin malına bərəkət ehsan edər; 2. Allahü-Taala sədəqə verən adamı xalqına sevdirir; 3. Allahü-Taala bəndənin verdiyi sədəqəni cəhənnəmlə onun arasında bir pərdəyə çevirər; 4. Allahü-Taala bəlanı, sıxıntını və ahları ondan dəf edər.

– Ya Muhamməd, bir kimsə ki, dirhəmini və dinarını sevər, o, Allah üçün bir ixlasa sahib deyil. Görsəm ki, bir kimsə dirhəmini, dinarını sevməz öyülməkdən, mədh edilməkdən xoşlanmaz, bilərəm ki, o, ixlas sahibidir, həmən onu tərk edib qaçaram.

Bir qul malı və öyülməyi sevdiyi müddətcə mənə ən çox itaət edəndir. Mal sevgisi böyük günahların ən böyüyüdür. Baş olma sevgisi də böyük günahların ən böyükləri arasındadır.

– Ya Muhamməd, yalan məndəndir və ilk yalan söyləyən də mənəm. Hər kim yalan söylərsə, o, mənim dostumdur. Hər kim yalan yerə and içərsə, o da mənim sevgilimdir. Mən Adəmə və Həvvaya yalan yerə Allah adına and içdim.

Qeybət və söz gəzdirməyə gəlincə… Onlar da mənim meyvələrimdir və şənliyimdir.

Hər kim talaq üzərinə and içərsə, talağı ağzına alarsa, taaa… həqiqəti bəlli oluncaya qədər arvadı ona haram olur. Onlar bu halları ilə qiyamətə qədər meydana gətirəcəkləri uşaqlar zinə oluşağı olarlar. Ağıza alınan o talaq üzündən hamısı cəhənnəmə gedər.

– Hər kim ki namaz qılmağa durmaq istəsə, onu tutaram, ona vəsvəsə verərəm, deyərəm ki, hələ vaxta var, sən də məşğulsan, öz işinə bax, sonra qılarsan. Beləcə o da namazını vaxt çıxdıqdan sonra qılar. Və bu səbəbdən də qıldığı namaz üzünə çırpılır. Əgər o, məni məğlub etsə, “sağa bax”, “sola bax” deyə vəsvəsə verərəm, namazda fikrini dağıtmağa çalışaram. O da baxarsa, üzünü oxşar, alnından öpərəm.

– Ya Muhamməd, mənim baş yoldaşım faiz yeyəndir; dostum zina edəndir; yataq yoldaşım səhxoşdur; qonağım oğrudur; elçim sehrbazdır; gözümün nuru arvad boşamaqdır; sevgilim cümə namazını qılmayandır.

– Ya Muhamməd, bir insanı zəlalətə sürükləmək üçün mənim əlimdə bir imkan yoxdur. Mən ancaq vəsvəsə verirəm. Və bir şeyi gözəl göstərə bilirəm, o qədər. Əgər insanı zəlalətə sürükləmək əlimdən gəlsəydi, yer üzündə “Lə İlahə İlləllah Muhammədən Rasulullah (Allahdan başqa Məbud yoxdur və Muhamməd Onun rəsuludur)” deyən hər kəsi, namaz qılanı, oruc tutanı qoymazdım, hamısını zəlalətə salardım. Necə ki, sənin də əlində hidayət etmək kimi bir imkan yoxdur. Sən ancaq Allahın Rəsulusan və təbliğ etməklə vəzifəlisən. Əgər əlində hidayət olsaydı, yer üzündə bir kafir də qoymazdın. (Muhiddin Ərəbidən)

Əli Çərkəzoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

15 − one =