Seda Sayan : “Siçanların içində böyümüşəm

0
565

Türkiyəli məşhur pop müğənni Seda Sayan ölkəsinin mediasına geniş müsahibə verib.

Müğənni uşaqlıq illərindən, yaşadığı şəraitsiz həyatdan söhbət açıb.

Seda Sayan bildirib ki, dünyaya gözünü bir gecəqonduda açıb və hər zaman orada gözəl həyatın xəyallarını qurub. Lakin Allah ona xəyal etdiyindən 10 qat daha gözəl həyat bəxş edib:

“Məhləmizdə bir bulaq vardı. Hər kəs suyunu oradan daşıyardı. Hər kəs eyni şirniyyatçıdan şəkər alardı. Mən uşaqlıqda çox cılız idim. Bacım məndən daha gözəl idi. Ancaq çənəmlə özümü hər kəsə sevdirirdim. İşə baxın, indi də çənəmlə pul qazanıram. Kasıblığımızdan utanmırdım. Əksinə, yardım paylananda mən də gedib ehtiyacımız olduğunu deyirdim. İndiki gənclər isə valideynlərinə deyir ki, məni sən dünyaya gətirmisən, almalısan, etməlisən. Siçanların içində böyüyən insanam. Nədən qorxacam? Bir dəfə uşaqkən bağçada oturmuşdum. Altımda yumuşaq bir şey tərpəndi. Anama dedim. Dedi ki, tərpənmə. Gördü ki, ilandır. Sakitcə başından tutub qırağa atdı. Mən də ona bənzəmişəm”.

Seda Sayan tez-tez evlənməyinin səbəbini də açıqlayıb:

“Biz uşaqkən uzaqdan-uzağa baxışardıq. Sonra da aşiq olduğumuzu anlayardıq. Belə “flört” edərdik. Tez-tez evlənməyimin səbəbi də budur. Mən “flört” etməyi bacarıram”.Publika.az

BIR CAVAB BURAXIN