Seçicilərin böyük hissəsi Trampa səs vermək istəmir

0
455

ABŞ-da seçicilərin böyük hissəsi növbəti prezident seçkilərində Donald Trampa səs vermək niyyətində deyil.

Arazinfo.com-un verdiyi xəbərə görə, bunu Amerika Mərkəzi Tədqiqatlar Mərkəzinin Harvard universiteti nəzdindəki Harris İnsights Analytic tədqiqat kompaniyası ilə birgə keçirdiyi sorğu da sübut edir. Sorğuya əsasən yalnız rəyi soruşulanların 36 faizi növbəti prezident seçkilərində Trampı dəstəkləyəcəklərini bildiriblər. Rəyi soruşulanların 43 faizi isə 2020-ci ildə keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.