Şahzadələrin 800 milyard dollarlıq aktivləri müsadirə ediləcək

0
544

Səudiyyə Ərəbistanı hökuməti korrupsiyada şübhəli bilinən nazir və şahzadələrin 800 milyard dollar məbləğində aktivlərini müsadirə etmək niyyətindədir.

APA-nın xəbərinə görə, bu barədə “Wall Street Journal” qəzetinə məlumatlı mənbələr bildirib. Qeyd olunur ki, korrupsiya ilə bağlı bir neçə iş adamı da saxlanılıb. Ümumilikdə, saxlanılanların sayı 60 nəfər təşkil edib. Qəzetə görə, aktivlərin böyük hissəsi xarici ölkələrdə yerləşdirilib. Bu isə pulların dövlətə qaytarılmasını çətinləşdirəcək. Səudiyyə Ərəbistanında vəliəhd şahzadəsinin rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Komitəsi hakim ailənin nümayəndəsi olan şahzadələr və hökumət üzvlərinin həbs edilməsinə dair qərar qəbul edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Korrupsiya ilə Mübarizə Komitəsi  kralın fərmanı ilə noyabrın 4-də yaradılıb.

BIR CAVAB BURAXIN