Şahidlər bir-birinin ardınca ölürlər – ƏSRİN SİRRİ

0
603

 

 

Şahidlər bir-birinin ardınca ölürlər - ƏSRİN SİRRİ

Almaniyada 2000-2007-ci illərdə 8-i türk olmaqla 10 nəfəri öldürməkdə və 30 nəfəri yaralamaqda, iki partlayış törətməkdə və 15 bank qarətində ittiham olunan radikal sağçı “Nasional sosialist gizli təşkilatı”nın (NSU) həyatda qalan tək üzvü Beyte Japenin məhkəmə prosesi müəmmalarla davam edir.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə prosesində iştirak edən şahidlərin şübhəli qəzaları və ölümlərin ardı-arası kəsilmir.

Şahidlər bir-birinin ardınca ölürlər.

– 25 yanvar 2009-cu ildə 18 yaşındakı Artur Krist Helbron yaxınlığında külə dönmüş avtomobilin yanında yanmış halda tapıldı. Polis Kristin NSU cinayətlərinin qurbanlarından olan polis məmuru Miçel Kiesevetterlə əlaqəsini müəyyən etmişdi. Ancaq Artur Kristin bu cinayətlə hansı əlaqəsinin olduğunu öyrənmək mümkün olmadı.

– 16 sentyabr 2013-cü ildə 21 yaşındakı şahid Florian Heilig cinayətlərlə əlaqədar yaradılan araşdırma komissiyasına ifadə verəcəyi gün avtomobilində yanaraq öldü. İddialara görə, Florian Heilig 2007-ci ildə NSU tərəfindən öldürülən Miçel Kiesevetterin kimin tərəfindən öldürüldüyünü bilirdi.

– 28 mart 2015-ci ildə NSU ilə bağlı məhkəmə iddiasının bir başqa şahidi olan Melisa Marijanoviç Ştutqartdakı evində ölü tapıldı. 20 yaşındakı Marijanoviç 2013-cü ildə avtomobilində yanaraq ölən Florian Heiligin keçmiş sevgilisi idi.

– 8 fevral 2016-cı ildə Melisa Marijanoviçin sonuncu sevgilisi 31 yaşındakı Saşa Vinter evində ölü tapıldı. Vinterin ölüm səbəbi “intihar” olaraq açıqlandı.

– NSU haqqında çox şey bilən və evində “gizli şəkər xəstəliyi”ndən öldüyü açıqlanan “Corelli” kod adlı müxbir 39 yaşındakı Tomas Riçterin 2014-cü ilin aprelində ölümü də hələ də sirr olaraq qalır.

2013-cü il aprelin 17-də başlayan məhkəmə prosesinin 2018-ci ilə qədər davam etməsi gözlənilir.

Ömər

BIR CAVAB BURAXIN