Sağlam qida, sağlam həyat, sağlam millət, sağlam cəmiyyət, sağlam gələcək

0
2201

Hər bir millətin fiziki sağlamlığı, mənəvi və əqli sağlamlığı onun qəbul etdiyi qidalar və milli mətbəxi ilə çox bağlıdır.

Xalqımızın tarixən min illər boyu formalaşmış yüksək əxlaqi-mənəvi meyarlarını qoruyaraq bütövlükdə cəmiyyətin inkişafına təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək vətəndaşlıq borcu olaraq hər birimizin əsas vəzifələrimizdən biridir. Xüsusilə də gənclərin, ədalət və düzgünlük, humanizm, mərhəmət, xeyriyyəçilik, cəsarət və şücaət, mərdlik, təmizlik, halallıq, milli-mənəvi dəyərlərə bağlılıq, böyüklərə hörmət, əməksevərlik ruhunda tərbiyə edilməsi mənəvi cəhətdən sağlam və intellekt baxımından yüksək səviyyəli azad cəmiyyətin formalaşmasına xidmət edir.

Zaman keçdikcə milli-mənəvi dəyərlərə münasibətdə də müxtəlif dəyişikliklər, yeni yanaşmalar ortaya çıxır. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirməli, vətəndaşlarımızıxüsusilə də gənclərimizi daha da vətənpərvər, sağlam əhval-ruhiyyədətərbiyələndirməliyik.

Resurs Analitik İnformasiya Mərkəziyuxarıda qeyd olunanları və ərzaq təhlükəsizliyinin bütün dünya ölkələrinin milli-iqtisadi təhlükəsizlik sisteminin ən mühüm tərkib hissəsi kimi dəyərləndirildiyini,hər bir insanın sağlam və məhsuldar həyat tərzi üçün insan ləyaqətinin başlıca amili,milli təhlükəsizlik konsepsiyasının çox vacib elemenlərindən biriolduğunu və bu məsələlərin həmişə aktuallığını nəzərə alaraqMənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə “Sağlam qida, sağlam həyat, sağlam millət, sağlam cəmiyyət, sağlam gələcək”şüarı adı altında “Milli mətbəximizin zənginliyi tariximizdir” adlı növbəti geniş tədbir keçirdi.Tədbir azərbaycanımızın cənub bölgəsində yerləşən, özünə məxsus mətbəx zənginliyi,mədəniyyəti ilə seçilən, əsrarəngiz təbiət gözəlliyi ilə göz oxşayan, Lənkəran şəhərində“Xəzər Palac” İstirahət mərkəzində keçirildi.

Qeyd edək ki, ötən tədbir respublikamızınqədim şəhərlərindən biri olan Şəki şəhərindəyerləşən “Marxal” İstirahət Kompleksində keçirilmişdi. Burada respublikamızın eləcə də Şəkinin bir sıra tanınmış ziyalıları mədəniyyət və incəsənət təşkilatlarının nümayəndələri sənətkarlar iştirak etmişdi. Bu barədə daha ətraflı məlumatı Resurs Analitik İnformasiya Mərkəzinin facebook səhifəsindən eləcə də TV və digər KİV-də nümayiş olunmuş və dərc olunmuş məlumatlardan əldə edə bilərsiniz.

Fevralın 22-də əvvəlcə tədbir iştirakçıları Lənkəran şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, Lənkəran Xan evi, iki dəfə Sovet İttifaqı Qəhrəmanı General-Mayor Həzi Aslanovun ev muzeyi ilə yaxından tanış oldular.

Tədbirdə çıxış edən “Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin sədri, siyasi ekspert Rasim Quliyev bildirib ki, sağlam qida, sağlam həyat, sağlam millət, sağlam cəmiyyət, sağlam gələcəkmilli təhlükəsizlik konsepsiyasının əsas prioritetlərindən biridir. Hər bir millətin fiziki sağlamlığı, mənəvi və əqli sağlamlığı onun qəbul etdiyi qidalar və milli mətbəxi ilə çox bağlıdır. Milli təhlükəsizlik konsepsiyasının çox vacib elemenlərindən biri də təsadüfi deyil ki, qida təhlükəsizliyildir.Qida milli təhlükəsizlik konsepsiyasının əsas prioritetlərindən biridir.

Bu gün bu mövzunun aktuallığını və əhəmiyyətini nəzərə alaraq “Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyi bununla əlaqədar olaraq növbəti dəfə Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Azərbaycanın qədim şəhərlərindən bir olan Lənkəran şəhərində bu tədbiri keçirir.

Xalqımızım min illər boyu formalaşdırdığı, qoruyub saxladığı milli-mənəvi dəyərləri bu gün də dünya mədəniyyətinə töhfələr verir. Bizim də bu dəyərlərimizi qoruyub saxlamaq inkişaf etdirmək, gələcək nəsillərin fiziki və mənəvi sağlamlığı naminə təbliğ etmək borcumuzdur.

Azərbaycan Respublikası müstəqillik yolu ilə inamla irəlilədiyi, demokratik, hüquqi, sivil və açıq cəmiyyət qurduğu prosesinin getdiyi bir vaxtda milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə vətənpərvərlik kimi hislərin aşılanması xüsusilə aktuallıq kəsb edir.

Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölməsinin müdiriQağayı Məmmədovçıxış edərəkAzərbaycanın milli-mənəvi dəyərlərinin təbliği ilə bağlı ətraflı məlumat verərək görülən işlərdən danışıblar. “Xocalı Soyqrımı Tanıtma” İctimai Birliyinin sədri, Qarabağ müharıbəsi veteranı, jurnalist Şamil Ələkbərli, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin rəhbəri Reyhanə Sadıxova, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin rəhbəri Hafiz Mirzə, Lənkəran şəhər Tarix Diyarşünaslıq Muzeyinin rəhbəri Ülviyyə Əliyeva, Gənclərin Respublika bədii yaradıcılıq evinin rəhbəri Səbinə Mirzəbəyeva, “Müasir Azərbaycan Qadını” İctimai Birliyinin sədri Kəmalə xanım Muradlı, “Elin Səsi” Milli Dəyərlərimizə Dəstək” Təşkilatının sədri Elvin Talışınski,İstiqlal.az saytının rəhbəri Qadir İbrahimli, Vətənin. Info saytının rəhbəri Nahid Canbaxışlı, Rusiyanın Rostov-Don vilayətində“Xocalı tanıtım” İctimai Birliyinin nümayəndəsi Leyla Əhmədova,  Azərbaycan Milli Kulinariya Mərkəzinin direktorunun müavini Ceyran Əsgərova, Resurs Analitik İnformasiya Nərkəzinə xalqımız üçün olduqca vacib, mühüm bir layihə həyata keçirdiyinə görə dərin təşəkkürlərini bildirdilər və milli-mənəvi dəyərlərimiz barədə ətraflı çıxış etdilər.

Tədbirdə QHT təşkilatlarının və Kütləvi İnformasiya vasitələrinin nümayəndələri,fəal gənclər vəLənkəran şəhərində fəaliyyət göstərən bir sıra idarə müəssisələrin rəhbərləri, respublikamızın eləcə də Lənkəranın bir sıra tanınmış ziyalıları mədəniyyət və incəsənət təşkilatlarının nümayəndələri sənətkarlar iştirak ediblər.

Azər Ələşrəfov

Resurs Analitik İnformasiya Mərkəzi Mətbuat xidmətinin rəhbəri

Arazinfo.com