Sabiq nazirin qohumunu öldürən qadına hökm oxundu – AĞIR CƏZA

0
576

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu Füzuli İsgəndərovu qətlə yetirməkdə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmü ilə X.İsgəndərova 18 il  müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, prokuror çıxışında X.İsgəndərovaya 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

 

Qeyd edək ki, məlum hadisə ötən ilin sentyabrında törədilib. F.İsgəndərov evinin yanında, qarajının önündə 19 bıçaq zərbəsi vurulmaqla amansızlıqla qətlə yetirilib. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

 

Qeyd edək ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, həmçinin Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

 

BIR CAVAB BURAXIN