Sabina Freyzer: “Dünən Ermənistan münaqişənin əhatəli həllinə razılaşdı”

0
539

Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün yekunları barədə virtualaz.org və haqqin.az-a eksklüziv müsahibəsində ABŞ-ın Atlantik İttifaqının baş elmi işçisi Sabina Freyzer bildirib ki, ATƏT MQ-nin həmsədrlərinin vasitəçiliyi ilə prezidentlərin görüşü atəşin dayandırılması və təmas xəttində sakitliyin bərpası üçün zəruri idi.

Freyzerin fikrincə, dörd günlük müharibə göstərdi ki, hərbi yolla torpaqların qaytarılmasına istənilən cəhd kütləvi insan tələfatına səbəb olur. “Bu münaqişənin tez və asan hərbi həlli mümkün deyil”, – ekspert bildirib.

“Nəzərə alsaq ki, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi çox uzundur, eyni zamanda, münaqişə zonasında ATƏT-in cəmi 6 nəfər müşahidəçisi var, bu halda ATƏT çətin ki nəsə edə bilsin. Buna görə də, ATƏT-in şəxsi heyətinin artırılması sülhün qorunması üçün müsbət addım olacaq”, – Freyzer deyib.

“Həmsədrlər bir neçə ildir çalışırlar ki, Azərbaycan və Ermənistan əhatəli həllin müzakirələrinə başlasınlar. Buna baxmayaraq, 2005-ci ildən bəri tərəflər yalnız əhatəli həllin əsasını qoyacaq əsas prinsiplərdən danışırdılar. Məsələn, Ermənistan israr edirdi ki. əvvəlcə Dağlıq Qarabağın müstəqilliyi tanınsın, sonra əhatəli həll barədə danışılsın. Lakin göründüyü kimi, dünən Ermənistan əhatəli həllə keçidə razılıq verib. Bu əsas məqamdır, belə ki, yalnız Dağlıq Qarabağa aid bütün spektr üzrə məsələlər ətrafında, o cümlədən, onun statusu və Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı danışıqlar tənzimlənməyə və dayanıqlı sülhə gətirib çıxara bilər.

Aprel hadisələri göstərdi ki. münaqişə tərəfləri və vasitəçilər sülh danışıqlarını bərpa etməlidirlər ki, total müharibə baş verməsin”, – Sabina Freyzer deyib.

BIR CAVAB BURAXIN