Sabahdan Bakı və Abşeronda telekanalların analoq yayımı dayandırılacaq

0
542

11

Sabahdan – noyabrın 1-dən Bakı və Abşeron yarımadasında televiziya kanallarının analoq yayımı dayandırılacaq.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki şöbəsinin rəhbəri İsa Məmmədov “Report”a bildirib ki, MTRŞ-nın 27 sentyabr tarixli qərarında heç bir dəyişiklik yoxdur və sabahdan artıq analoq yayımdan istifadə mümkün olmayacaq.

Qeyd edək ki, 27 sentyabr tarixində Milli Televiziya və Radio Şurasında rəqəmli yayıma keçidlə bağlı mövcud vəziyyət müzakirə olunub.

İclasda Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib.

Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamada Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.

Məsələ ilə bağlı MTRŞ vətəndaşlara müraciət edib. Müraciətdə bildirilirdi ki, Milli Televiziya və Radio Şurasının 27 sentyabr 2016-cı il tarixli 10 saylı qərarına uyğun olaraq 1 noyabr 2016-cı il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılacaq.

Növbəti mərhələdə – 1 dekabr 2016-cı il tarixdən digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək.

Müraciətdə televiziya tamaşaçılarından mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın – dekoderlərin (“Set-Top-Box”-ların) əldə olunması xahiş olunmuşdu.

Rəqəmli TV yayımının əsas aşağıdakı üstünlükləri var:

1. Veriliş traktında və TV siqnallarının yazılışı zamanı maneə dayanıqlığının yüksək olması.

2. TV vericisinin gücünün azaldılması imkanı.

3. Eyni bir tezlik zolağında veriləcək TV proqramlarının sayının kəskin artması.

4. Təsvirin və səsin canlandırılma keyfiyyətinin artması.

5. Yeni açılış standartı (yüksək aydınlıqlı televiziya) üzrə TV sisteminin yaradılması.

6. Studiya aparatlarının funksional imkanlarının genişləndirilməsi.

7. TV yayım siqnalının tərkibində müxtəlif əlavə məlumatların verilməsi imkanı.

8. İnteraktiv TV yayım sisteminin yaradılması. Bu zaman tamaşaçı veriləcək TV proqramlarına müdaxilə etmək imkanı qazanır.

9. Verilişlərin arxivləşdirilməsi və yazılması imkanı.

10. Verilişin dilinin və subtitrlərin seçilməsi imkanı.

BIR CAVAB BURAXIN