Saakaşvili ağır məğlubiyyətə uğradı

0
532

11

Gürcüstanda parlament seçkilərinin ikinci turunda “Gürcü arzusu” hakim partiyası 50 majoritar (birmandatlı) dairənin 48-də qalib gəlib.

Publika.az xəbər verir ki, bu haqda Gürcüstan Mərkəzi Seçki Komissiyası bildirib.

Digər iki dairəyə gəlincə, Tiflis şəhərinin Mtasmindsk dairəsi üzrə keçmiş xarici işlər naziri Salome Zurabişvili (Onu “Gürcü arzusu” dəstəkləyirdi –red.), Xaşursk dairəsində isə Sənaye Partiyasının nümayəndəsi qalib gəlib.

Partiya siyahılarına gəlincə, “Gürcü” arzusu 44, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” 27, “Gürcüstan Vətənpərvərlər İttifaqı” isə 6 yer qazanıb.

Oktyabrın 8-də keçirilən seçkilərin ilk turunda “Gürcü arzusu” birmandatlı dairələr üzrə 23 yer qazanmışdı. Beləliklə, hakim partiya parlamentdə 150 yerdən 115-ni alacaq. Bu, “Gürcü arzusu”na Konstitusiyanı dəyişdirmək hüququ verir.

Parlamentə partiya siyahıları üzrə 77, birmandatlı dairələr üzrə isə 73 deputat daxil olacaq.

BIR CAVAB BURAXIN