Şərqi Avropa soyuqdan donur

0
492

Şərqi Avropada dəhşətli soyuqlar və qar çovğunları həyatı iflic edib.

Arazinfo.com-un rambler.ru-ya istinadən verdiyi xəbərə görə, sərt, çovğunlu havalar Finlandiya, Danimarka, Avstriya, Estoniya və İsveçdə əhaliyə çətin günlər yaşatmaqdadır. Bəzi yerlərdə küləyin gücü saniyədə 40 metrə çatır.

Güclü qar çovğunu və külək Danimarkada sərnişin qatarının qəzasına səbəb olub. Nəticədə qatarda olan 130 sərnişindən 6-sı ölüb, 16 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Finlandiyada isə güclü külək 160 şəhərdə elekttrik enerjisinin kəsilməsinə səbəb olub, 80 min insan aclıq təhlükəsi ilə üzləşib. Finlandiya sahillərində 8 metr hündürlüyündə olan dalğalar dənizkənarı yaşayış məskənlərini su altında qoyub.

Rusiyanın Sankt-Peterburq şəhərində isə qar çovğunu və güclü külək nəticəsində bəzi istiqamətlərə qatar reysləri təxirə salınıb. Latviya, Estoniya və Litvada da qarlı hava və güclü külək təyyarə reyslərinin təxirə salınmasəna səbəb olub.

Avstriyada isə saatda 110 kilometr sürətlə əsən külək və qar çovğunları bu ölkənin qış istirahət zonalarının fəaliyyətinin iflic olmasına gətirib çıxarıb. Bəzi yerlərdə qış istirahət zonalarına gedən yollar 3 metr hündürlükdə qarla örtülüb. Şiddətli qar çovğunlarının, güclü küləklərin və dondurucu şaxtaların nə vaxta kimi davam edəcəyi isə hələlik məlum deyil.