Sərkisyanın Qarabağa gəlmə səbəbi: Saakyan nə istəyir?

0
577

Yaranmış yeni şəraitdə qondarma rejimin maraqlarını danışıqlar prosesində kimin təmsil edəcəyi hələ də dəqiq bilinmir.

Arazinfo.com-un məlumatına görə, bu sözləri axar.az-a politoloq İlqar Vəlizadə Ermənistan Prezidenti Armen Sərkisyanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfərinə münasibət bildirərkən deyib. O bildirib ki, bu səfərin əsas məqsədi Paşinyanın qondarma rejimin danışıqlar masasında tərəf kimi çıxış etməsi təklifinin müzakirəsini aparmaqdır:

“Çox güman ki, bu təkliflər təkcə Ermənistan rəhbərliyindən deyil, qondarma rejimin separatçıları tərəfindən də irəli sürülür. Separatçıları danışıqlar prosesində əvvəllər Sərkisyan və onun komandası təmsil edirdi. Onlar Qarabağ klanının nümayəndələri idi. Artıq Qarabağ klanı hakimiyyətdən devrilib. Bu klanının hakimiyyətdə qalan üzvlərinə qarşı da mübarizə aparılır. Ona görə də Saakyan onu təmsil edən etibarlı adamlar, müəyyən qrup olmasını istəyir. Ola bilsin ki, bu görüşdə onu təmsil edəcək qrupun parametrləri ilə bağlı fikir mübadiləsi aparılıb”.

Politoloq vurğulayıb ki, qondarma rejimin tərəf kimi danışıqlara qoşulması mümkün deyil:

“Azərbaycan tərəfi Paşinyanın bu provokativ bəyanatlarını ciddiyə almayacaq. Danışıqlar prosesinə qondarma rejimin tərəf kimi qatılmasının mümkün olmadığını Ermənistan tərəfi də yaxşı dərk edir”.

Qeyd edək ki, Ermənistan Prezidenti Armen Sərkisyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.

BIR CAVAB BURAXIN