Səma küllərlə örtüldü, dünya ilə əlaqə kəsildi

0
509
İndoneziyanın Bali adasında Aqunq vulkanından püskürən duman və küllər atmosferin qara rənglə örtülməsinə səbəb olub.
Nəticədə 100 mindən çox sərnişinin təyyarə səfəri təxirə salınıb. Havalimanları növbəti 24 saat ərzində də qapalı qalacaq. Havaya yüksələn kül dumanı kilometrlərlə məsafədən görünür. Ərazidə yaşayan 100 mindən çox insana evlərini tərk etmək barədə xəbərdarlıq edilib.
Axırıncı dəfə sentyabr ayında püskürmüş yanardağa görə 130 min nəfər evakuasiya edilmişdi.
1963-cü ildə püskürən Aqunq 1100 nəfərin ölümünə səbəb olmuşdu. Qaynarinfo

BIR CAVAB BURAXIN