Səudiyyə Klinton-Tramp qarşıdurmasında tərəfini seçdi

0
550

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klintonun seçki kampaniyasına Səudiyyə Ərəbistanı maliyyə dəstəyi verir.

 

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda İordaniyanı bir xəbər agentliyi bildirib.

 

Agentliyin yazdığına görə, Səudiyyə Ərəbistanı Hillari Klintonun seçki kampaniyası üçün lazım olan vəsaitin 20 faizini ödəyir. İddiaya görə, bu barədə Səudiyyə Ərəbistanının ikinci vəliəhdi şahzadə Salman deyib.

 

Ancaq qısa müddət sonra silinən xəbər ABŞ və ərəb mediasında ciddi müzakirə mövzusuna çevrilib.

 

Ötən illərdə də Səudiyyə Ərəbistanından Klintonun ailəsinə ianələr köçürülüb. Bunlardan ən diqqəçəkəni 2008-ci ildə Klinton Fonduna verilən 10 və 25 milyon dollarlıq iki ayrı ianə olub.

 

BIR CAVAB BURAXIN