Səudiyyə Ərəbistanı Hicri təqvimindən imtina etdi

0
209

Səudiyyə Ərəbistanı oktyabrın 1-dən etibarən Hicri təqvimindən imtina edərək Qriqorian təqviminə keçib və hazırda bu ölkədə də rəsmən 2016-cı ildir.

Virtualaz.org Britaniyanın “İndependent” nəşrinə istinadən xəbər verir ki, xristian təqviminə keçməkdə məqsəd neftin qiymətinin düşməsi ilə əlaqədar yaranmış maliyyə çətinliklərinin bəzilərinin aradan qaldırılmasıdır.

Belə ki, Qriqorian təqviminə keçid hər ili təxminən 11 gün uzadır və başqa sözlə, dövlət qulluqçuları aldıqları məvacibə görə 11 gün əlavə işləməli olacaqlar.

Mənbə bildirir ki, Səudiyyə Ərəbistanı yarandığı 1932-ci ildən bəri ay dövlərinə əsaslanan Hicri təqvimdən istifadə edirdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

sixteen − fifteen =