Sərkisyandan İlham Əliyevin “bir cümlədə dörd yalan” çıxışına – Reaksiya

0
226

Ermənistan prezidenti Serj Sərkisyan bu gün İrəvanda Çexiya prezidenti Miloş Zemanla görüşü zamanı Azərbaycan prezidentinin son çıxışlarına münasibət bildirib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Sərkisyan İlham Əliyevinson çıxışlarından narahat olduğunu deyib. Ermənistan prezidenti bildirib ki, İlham Əliyevin Dünya azərbaycanlılarının Bakıda keçirilən qurultayında etdiyi çıxışda şəxsən onun ünvanına təhqirlər yer alıb. Daha sonra Sərkisyan özünəxas məkrli tonda Azərbaycan prezidentinin çıxışına münasibət bildirib.“Ümid edirəm ki, bu çıxışlar Vyanada əldə edilmiş razılaşmaların şüurlu şəkildə pozulmasına yönəlməmişdi”- Sərkisyan deyib.

ilham_aliyev_180713Xatırladaq ki, İlham Əliyev həmin çıxışında Serj Sərkisyanın Astanada Avrasiya İttifaqının toplantısında çıxışı zamanı aprel döyüşləri haqda dediklərinə münasibət bildirib.“Ermənistan prezidenti həmin çıxışında bir cümlədə dörd yalan danışıb. Mən bir cümlədə dörd yalan danışan başqa prezident tanımıram. Yəqin ki, buna görə Sərkisyanı Ginnesin Rekordlar Kitabına daxil etmək olar”İlham Əliyev deyib.

Göründüyü kimi Azərbaycan prezidentinin arqumentləşdirilmiş, tutarlı çıxışı Sərkisyanı möhkəm pərt edib və o, hisslərinə nəzarəti itirib. İlham Əliyevin çıxışını özünə qarşı təhqir kimi qəbul edərək emosional ifadələr işlədib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

17 − 12 =