Şəkidə mikroavtobus aşdı: 17 nəfər xəsarət aldı

0
243
 

Şəklidən Mingəçevirə gedən mikroavtobus qəzaya uğrayıb.

APA-nən xəbərinə görə, hadisə bu gün saat 13.30 radələrində Yevlax-Zaqatala-Gürcüstan yolunun 30-cu kilometrliyində, Şəki rayonunun Cəfərabad kəndi ərazisində qeydə alınıb.

Şəki rayon sakini, 1987-ci il təvəllüdlü Mürşüdov Raqif Fərhad oğlunun idarə etdiyi “Mercedes” markalı, 10 VR 843 dövlət nömrə nişanlı mikroavtobus idarəetmənin itməsi nəticəsində aşıb. Nəticədə iksi uşaq olmaqla, 17 nəfərin xəsarət aldığı bildirilir.

İlkin ehtimala görə, hadisəyə texniki nasazlıq səbəb olub.

Xəsarət alanların Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırıldığı, iki nəfərin reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

19 − 13 =